Icma.az
close
up
RU
TƏBRİK EDİRƏM, NADEJDA XANIM...

TƏBRİK EDİRƏM, NADEJDA XANIM...

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nadejda İsmayılova- 90
Onunla ilk və sonuncu dəfə 19 noyabr 1991-ci ildə məlum vertalyot qəzsında şəhid olan mərhum Vəli Məmmədova həsr etdiyimiz “Millətin Vəlisi” sənədli filminin çəkilişi zamanı görüşüb həmsöhbət olmuşuq. Əsilzadələrə xas olan rəftarı ilə seçilirdi. Kübar xanımlara xas olan mədəni danışıq tərzi, xoş davranışı məndə bu şəxsiyyətə hörmət yaratmışdı...
Deyir ki:- “O vaxt Nizami Xudiyev televiziyaya sədr təyin olunan kimi müavini vasitəsilə mənə bildirdi ki, fəaliyyətimə böyük hörmət bəsləsə də, hesab edir ki, telekanalın yeni proqram şəbəkəsində mənim yerimi görmür. Bax belə, yeni sədr qəribə qərarını özünə sərf edən şəkildə formalaşdırmışdı. Bu, mənim üçün böyük zərbə idi. Axı ilk iş yerim Azərbaycan Televiziyası olub. O vaxt universitetin filologiya fakültəsinin üçüncü kursunda oxuyurdum. Əyani şöbədə. Oranın jurnalistika fakültəsinin rus bölməsi olmadığı üçün filologiyanı seçmişdim. Dərsdən sonra da televiziyaya gedirdim. Bir müddətdən sonra mənə dedilər ki, səni ştata götürmək istəyirik, amma gərək qiyabi şöbəyə keçəsən. Mən də razılaşdım. Ta 1996-cı ildə məni bu sahədən ayıran insanlar peyda olana qədər Azərbaycan Televiziyasında çalışdım...”
Ömür-gün yoldaşı, mərhum Rasim İsmayılovu ehtiramla yad edir. Ona olan sevgisinin hələ də tükənmədiyini dilə gətirir...
“Biz AzTv-də tanış olmuşuq. Məni o vaxt yenicə işə götürmüşdülər. Rasim isə "VGİK"i bitirib, təcrübə keçmək üçün Bakı televiziyasına gəlmişdi. Ona elə Rusiyada, ya da Pribaltikada da təcrübə keçmək təklif olunmuşdu. Amma özü Bakıya gəlmək istəmişdi. Rasim sonralar xatirələrində yazmışdı ki, televiziyanın dəhlizində bu qızı ilk dəfə görən kimi başa düşdüm ki, mənim gələcək həyat yoldaşım məhz o, olacaq. Həmin gün mən işə gecikmişdim, iş otağıma isə sədr müavininin kabinetinin qabağından keçib getməli idim. Gecikməyimi gizlətmək üçün çantamı dəhlizdə qoydum, özüm isə kabinetin qabağından elə keçdim ki, elə bil bayaqdan işə gəlmişəm. Şöbə müdirindən xahiş elədim ki, çantamı gətirsin. Rasim isə sən demə, dayanıb bütün bunları maraqla müşahidə edirmiş. Xoşbəxtlikdən onu da bizim şöbəyə təyin elədilər. Bir də gördüm ki, içəri sarışın bir oğlan girdi. Elə həmin gün bir həmkarımız şöbənin işçilərini evinə qonaqlığa dəvət etmişdi. Rasim isə təzə işçi olmasına baxmayaraq, dedi ki, olar mən də gəlim? Sən demə, onun planı var imiş. Həmin qonaqlıqda həmkarımızdan biri xeyli müddətdir qeyri-rəsmi bir yerdə yaşadıqları xanıma rəsmi evlənmək təklifi elədi. Rasim məni evə ötürəndə dedi ki, bəlkə biz də evlənək? Onun hisslərindən xəbərsiz olduğum üçün bu təklif hətta xətrimə dəydi. Fikirləşdim ki, gör bir, mən ağatlı şahzadə gözləyirdim, indi isə "za kampaniyu" evlənmək təklifi eşidirəm. Sonra isə düz 43 il xoşbəxt ailə həyatı yaşadıq. Həyatımın xoşbəxt anları yalnız Rasimlə bağlıdı. Bizim ailə həyatımız elə ülvi hisslər üzərində qurulmuşdu ki, dost-tanışlarımızın bir çoxu bizdən nümunə götürürdülər. Ruhən o qədər yaxın olmuşuq ki, vəfatından illər ötməsinə baxmayaraq, indi də onu yanımda hiss edirəm, o, indi də mənə kömək edir...”- söyləyir.
Ərinin ölümündən sonra axirət dünyasına inanmağa başlayıb. Bir dəfə qızı Cəmilə səhər tezdən İtaliyadan zəng edərək ona deyib ki: “Atamı yuxuda gördüm, yuxuda onunla telefonla danışırdım. Atamın səsini lap aydın eşidirdim, məndən soruşdu ki, sizin üçün Yeni il hədiyyəsi seçə bilmirəm, nə istəyirsiz, de, alıb göndərim. Dedim ki, bizim üçün ən böyük hədiyyə səni görməkdi, dəqiq ünvanı de, gələk. Atası isə cavab verib ki, yox, sizə bura gəlmək olmaz, heç burdan zəng də eləmək olmaz, mənə hörmət eləyib icazə veriblər...”
Bəli, bütün xatirələri mərhum həyat yoldaşı ilə bağlıdır. Necə deyərlər, adı dilindən düşmür.
Deyir ki:- “Rasim vətəndən uzaqda yaşamağa meylli insan deyildi. Halbuki bunun üçün kifayət qədər geniş imkanları var idi. Səyahəti çox xoşlayırdı. Sovet vaxtı birlikdə dünyanın az qala yarısını gəzmişdik. Hər dəfə də Bakıya çatanda Abşeronun havasını, Xəzərin neft qoxuyan ətrini hərisliklə ciyərlərinə çəkirdi. Mən onun bu cəhətini həmişə yüksək qiymətləndirmişəm. Azərbaycanı pafosla, hirslə tərk edən cavanlara həmişə deyirəm ki, doğulub boya-başa çatdığın torpaqdan belə üz döndərmək olmaz, gedirsiniz, gedin, daha belə acıqlı-acıqlı danışmaq nəyə lazımdı? Axı günah torpaqda deyil ki, siz burda öz yerinizi tapa bilməmisiniz, günah yaranmış şəraitdədi. O illərdə Rasimə Estoniyadan, Moskvanın Qorki adına kinostudiyasından dəvətlər oldu. Özü də tam real dəvətlər. Rasim müstəsna dərəcədə bacarıqlı operator olmaqdan başqa rejissor kimi də elə təkcə "Şir evdən getdi" filmi ilə ən görkəmli, ən müxtəlif aktyorlarla işləmək, baxımlı film yaratmaq bacarığını sübut etmişdi. Ümumiyyətlə, indiyə qədər Rasimin işlərinə bərabər ola biləcək nümunə tapmamışam. Mən istəyirdim ki, o, dəvətləri qəbul edib, yenidən öz işi ilə məşğul olmaq üçün imkan qazansın. Hətta bir müddət özü də buna hazır olduğunu sandı. Amma bir gün mənə dedi ki, Bakıdan köçüb-getsəm, ölərəm. Mən də dedim ki, onda bu söhbəti bağlayaq, sən mənə diri lazımsan.
Qarabağ məsələsi başlayanda isə onu burdan heç bir qüvvə çıxarda bilməzdi. Belə sarsıntılar fəsadsız keçib-getmir, mütləq sağlamlığa təsir edir. Rasim dörd gün "koma"da qaldı. Mən özümü elə aparırdım ki, elə bil hər şey yaxşı olacaq, sonun çatdığını qəbul eləyə bilmirdim. Nəhayət, bir gün mənə dedilər ki, dəfn yerini müəyyənləşdirməliyəm.”
Bəli, haqqında söhbət açdığım ssenari müəllifi və kino redaktoru kimi yaddaşlarda yer alan əməkdar jurnalist Nadejda İsmayılova çox mehriban, geniş dünyagörüşünə malik, parlaq istedadlı və sədaqətli xanımdır. Xatirələrini elə şərh edir ki, olub keçənlər sanki kino lenti kimi adamın gözlərində canlanır...
Bir vaxtlar "sehirli qutu"da tez-tez görünən bu xanım, öz gözəl verilişləri ilə bizi çox maarifləndirib. Uzun illər bu verilişləri sevə-sevə izləmişik. Bəlkə də mənimlə həmfikir olan insanlar da var. Düşünürəm ki, haradsa, qəlbimizin dərinliyində ona təşəkkür borcumuz qalıb. Yəqin ki, bu borcu ödəməyin zamanı çatıb. Axı, insan ömrü elə də uzun deyil…
Yanvarın 14-də Nadejda xanımın 90 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, ağrı-acısız günlər arzulayıram. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see408

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see315

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see239

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see219

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see201

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see199

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see197

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see194

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see183

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see181

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see179

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see174

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see163

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see163

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see161

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see160

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see159

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see159

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see154

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri