Icma.az
close
up
RU
Dostum Trampı təbrik edirəm Ərdoğan

Dostum Trampı təbrik edirəm Ərdoğan

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin prezidenti seçilən Donald Trampı təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 "ABŞ-da böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm", - o qeyd edib.

"Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq", - Ərdoğan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri