“Təbrizin imam cüməsi də Ərdəbildəki həmkarından geri qalmır” Elxan Şahinoğlu AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan və Türkiyəyə qarşı ən təxribatçı və çirkin açıqlamaları illərdir Ərdəbilin imam cüməsinə söylədirlər. Ali dini liderin Ərdəbildəki nümayəndəsi müxtəlif toplantılarda çıxışlar edir, açıqlamalar verir, yəni idman dili ilə desək daima “formadadır”. Bəs görəsən Təbrizin imam cüməsi necə Ərdəbildəki həmkarı kimi düşünür? Kiçik araşdırma apardım və məlum oldu ki, o da rəhbərindən aldığı tapşırıqları canla-başla yerinə yetirir və Azərbaycan əleyhinə açıqlamalarında Ərdəbildəki həmkarından geri qalmır”.
“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.
Ekspert vurğulayıb ki, Tehranın və Qumun məqsədi Güneydəki azərbaycanlıların əyalət mollaları kimi düşündüyünü bizə təlqin etməkdir.
“Əlbəttə, əyalət mollalarını dinləyənlər içərisində rejimi dəstəkləyən azərbaycanlılar var. Ancaq Ərdəbil və Təbrizdə çap hərflərlə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev Başqan” və “Yaşasın Şam fatihi Ərdoğan Rəis” şəkillərini divarlara yapışdıran azərbaycanlılar da az deyil. Bunu görməmiş deyillər” – deyə, Şahinoğlu vurğulayıb.
“AzPolitika.info”


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Yanvar 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















