Icma.az
close
up
RU
Təbrizli aşığa pul qarşılığında diplom satmağınızın səs faylı mövcuddur Saxta tiraj qalmaqalının pərdəarxası

Təbrizli aşığa pul qarşılığında diplom satmağınızın səs faylı mövcuddur Saxta tiraj qalmaqalının pərdəarxası

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az şair Əli Çağlanın Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun Kulis.az-a açıqlamasına cavab yazısını təqdim edir.

Sayman Aruzun mənim həqiqi iddialarıma cavab adı altında yayımladığı yazını diqqətlə oxudum. Təəssüf ki, orada təqdim olunan arqumentlər nə məntiqə, nə reallığa, nə də ədəbi-ictimai məsuliyyət anlayışına sığır. Əksinə, verdiyi açıqlamalar daha çox özünü müdafiə etmək üçün qurulmuş səthi bəhanələri xatırladır və məsuliyyətdən boyun qaçırır.

Sayman Aruz iddia edir ki, deyilənlər“ ona qarşı qurulmuş oyundur. Bu cür sözlər isə məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Mənim qaldırdığım məsələlər şəxsi hücum deyil; kitab çapı, təqdimat prosesi, ədəbi mühitdəki qərar mexanizmləri və şəffaflıqla bağlı konkret suallardır. “Oyundur” deməklə etdiyiniz işləri ört-basdır edə bilməzsiniz. Bu, sadəcə öz üzərinizə düşən cavabdehlikdən yayınmaq cəhdidir.

AYB-nin Güney Azərbaycan şöbəsinin büdcəsi ilə bağlı dedikləriniz isə daha ciddi sual yaradır. Əgər doğrudan da büdcə yoxdursa, onda hansı meyarla kitab çap olunur? Kimlərin işi prioritet sayılır? Bu qərarlar hansı prinsiplə verilir? Şəxsi münasibətlərə, yaxın dostlara, yoxsa ədəbi dəyərə görə? Əgər orda büdcə yoxdursa, bəs şöbə nəyə lazımdır? Siz büdcəsiz necə çalışırsınız? Bəs siz necə büdcəsiz başqanlıq iddiası edirsiniz? Canlıya çıxıb "mən hamınızın başqanıyam" deməklə deyil! Mən şəffaflıq tələb edirəm. Kitabı kim maliyyələşdirib, sponsor kimdir, proses necə olub? Bunları gizlətmək ədəbi mühitə hörmətsizlikdir.

Mediada uzun müddətdir ki, sizin fəaliyyətinizlə bağlı müxtəlif iddialar səslənir. Bunlar haqqında açıq danışmaq əvəzinə, onları “qaralama kampaniyası” kimi təqdim etmək ictimaiyyəti aldatmaq cəhdidir. Əgər siz bu iddiaları əsassız hesab edirsinizsə, onda ən sadə yol şəffaflıq və açıq hesabat verməkdir.

Təbrizli aşıq İsaya pul qarşılığında diplom satmağınızın səs faylı yutubda mövcuddur. Siz bunu inkar edə bilərsiniz, amma gərək bunu əsaslandırılmış şəkildə edəsiniz, yoxsa sadəcə “yalan” deməklə məsələ bağlanmır. Bu mövzuya qayıdacağıq, çünki ictimaiyyət cavab tələb edir.

Özünüzü ədəbi cameənin rəhbərlərindən biri kimi təqdim edirsiniz. Elə isə davranışınızın səviyyəsi də bu mövqedə olan birinə uyğun olmalıdır. Amma dünən gecə instaqramın canlı yayımında Məhəmmədrza Ləvayi ilə dialoqunuz tamam başqa mənzərə yaratdı: güneyli ədəbiyyatçıları “küçə adamları, qəfə adamları” adlandırmağınız, sonra isə söyüşlə canlıdan çıxmanız sizin hansı etik səviyyədə dayandığınızı göstərdi. Siz özünüz bu davranışla AYB-nin adına kölgə salırsınız.

Daha gülünc olan isə kitab məsələsindəki ziddiyyətlərdir. Müəllifə zəng edib kitabın artıq çap olunduğunu demək və bu xəbəri paylaşmaq, mənim yazım paylaşılandan sonra müəllifə “çap üçün 1000 manat lazımdır” demək həmin prosesin necə natamam, necə qarışıq və nə qədər şübhəli aparıldığını göstərir. Əgər kitab artıq çap olunmuşdursa, niyə yenidən pul tələb edirsiniz? Bu sualın cavabını sizdən gözləyirəm.

Yazınızda qeyd edibsiniz ki:

“Xahiş etdilər ki, kitabı çap edim. Şəxsi hesabımıza edirdik. Xərci çox olduğundan vəsait toplamaq üçün vaxt lazım idi. Kitab təqdimata qədər yayılmır – çap olunmayıbsa, kitabxanalarda nə işi var?”

Onun sözlərinə görə, kitab Milli Hökumətin 80 illiyi ilə bağlı tədbirdə təqdim edilməli imiş. Lakin o, qalmaqala görə təqdimatı dayandıracaqlarını açıqlayıb.

“Əgər istəyirlərsə, kitabı özləri çap etsinlər”.
Siz deyirsiniz kitab çap olub, amma sonra deyirsiniz ki, istəyirlərsə, özləri çap etsinlər. Burda bir məsələ var, siz kitabı çap etməyibsiniz və onun çap və nəşr xəbərini paylaşıbsınız. Bu da xəbərin fotosu:


Mənə “anti-Azərbaycan” damğası vurmağa çalışırsınız. Bu, ən ucuz taktikadır. Siz isti evinizdə rahat uyuduğunuz zaman mən Azərbaycana görə döyülürdüm, söyülürdüm, qulağımın pərdəsini itirirdim, mən və sizin hansı mövqedə olduğu çoxdandır ki, bəllidir. Mənim Azərbaycan sevgimi şübhə altına almağa heç bir mənəvi haqqınız yoxdur. Çünki 23 yaşım var, əlimdən gələni Azərbaycana, Azərbaycan ədəbiyyatına etmişəm, bu da minnət sayılmasın, sadəcə kiçik bir küçə adamı olmağıma baxmayaraq etmişəm.

Sizin “İran vətəndaşları Azərbaycandakı proseslərə qarışa bilməz” deməyiniz isə ayrıca bir faciədir. Əgər siz hələ də Güney Azərbaycanı “İran” kimi görürsünüzsə, deməli, siz hansı ideoloji mövqedə dayandığınızı özünüz göstərirsiniz. Bu fikriniz həm mənəvi, həm tarixi, həm də milli baxımdan qəbuledilməzdir.

Son olaraq; siz başqalarını günahlandırmaqla şər atırsınız. Hay-küy salmaqla məsuliyyətdən qaça bilməzsiniz. Təbrizin “Günəş” kafesindəki şairlərə və dünənki canlıda Məhəmmədrza Ləvayiyə atdığınız şərlər artıq göz önündədir. Amma sizə xatırladım ki, həmin qəfə və küçə adamları dedikləriniz Güney Azərbaycanın tanınmış simalarıdır. Siz ədəbiyyat sahəsində təkcə Güney Azərbaycanda deyil, heç Quzey Azərbaycanda da ciddi qəbul edilmirsiniz. Çünki siz ədəbiyyatçı deyilsiniz. Güney Azərbaycanın tanınmış ədəbi nümayəndələri sizi qəbul etmir. Bunu həm o tay bilir, həm bu tay. Siz uzağı ədəbiyyat aləminin alverçisi ola bilərsiniz. Sizin ətrafınızda hansı ciddi ədəbi sima var ki?

Bu məsələlərdən yayınmağınız artıq mümkün deyil. Hər sözünüz, hər ziddiyyətiniz və hər açıqlamanız özünüzə qarşı çevrilə bilər.

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı? Tomrisin bu etirafı müzakirələrə səbəb olacaq - O, Hissə nə təklif etdi? Rasim Cəfər: "ARKA-nın ildə 3-4 filmi bizim kinonu inkişaf etdirə bilməyəcək"- MÜSAHİBƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri