Icma.az
close
up
RU
Təcavüzün cəzası NƏDİR Zorakılıq, ya hüquq? REPLİKA

Təcavüzün cəzası NƏDİR Zorakılıq, ya hüquq? REPLİKA

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Televiziya uzun illər boyunca həm ictimai rəyin formalaşmasında, həm də müəyyən ideologiyaların yayılmasında ən güclü vasitələrdən biri olub. Toksik çıxışlar və dezinformasiya konkret olaraq dövlətlərin siyasətinə, insanların davranışına və hətta toplumsal parçalanmaya təsir göstərib. Bu mövzuda bir neçə misal çəkib sözümün “mustafasına” keçəcəm.

Ruandada Hutu radikallarının nəzarətində olan televiziyalar və dövlət televiziyası açıq şəkildə tutsi azlığını "tarakanlar" adlandırır, onların öldürülməsini təşviq edirdi. Televiziya və radio vasitəsilə yayılan bu nifrət çıxışları kütlələri qızışdırdı və nəticədə 800 min nəfərdən çox insan qətlə yetirildi.

Bu, mediyanın toksik və dezinformasiyanın toplu qətliama səbəb olduğu ən dramatik nümunələrdən biridir.

Və yaxud da.

“COVID-19”  pandemiyası vaxtı bir çox ölkədə, xüsusilə Rusiya və ABŞ-da bəzi televiziya kanalları COVID-in adi qrip olduğu və peyvəndlərin təhlükəli olduğu barədə dezinformasiya yayırdı. Bu mesajlar insanların peyvənddən imtina etməsinə səbəb oldu. Təkcə ABŞ-da dezinformasiyanın təsiri ilə on  minlərlə insan vaxtında peyvənd olunmadığı üçün həyatını itirdi.

Bu yaxınlarda 14 yaşlı qızın 4 nəfər tərəfindən zorakılığa məruz qalması ölkə gündəmindədir. Lakin bir aparıcımızın bu mövzuda çıxışı yeni bir müzakirə dalğası yaratdı. Aparıcının efirdə “Onu edənlərin qızlarına da eyni zorakılığı etmək lazımdır” deməsi sadəcə qəbuledilməzdir. Bu, nə insanlıqdır, nə peşəkarlıq. Zorakılığa zorakılıqla cavab vermək ədalət deyil, sadəcə barbarlıqdır. Belə bir fikir nə zərərçəkənə kömək edir, nə də cəmiyyətə fayda verir. Əksinə, zorakılığı normallaşdırır, cəmiyyətə “ədalət ancaq nifrətlə mümkündür” mesajı verir.

Digər bir yanlış yanaşma isə bu hadisənin xüsusi olaraq Ağdamla bağlanmasıdır. Guya bu, yalnız Ağdamın, müəyyən bir bölgənin problemiymiş kimi göstərilir. Halbuki zorakılıq nə rayon tanıyır, nə də ünvan. Bu faciə Azərbaycanın hər yerində baş verə bilər, verib də. Belə halları bölgələrlə bağlamaq, cəmiyyət içində ayrı-seçkilik toxumları səpmək deməkdir. Bizim düşmənimiz hansısa bölgə yox, zorakılıq və onu törədənlərdir.

Məsələ burasındadır ki, biz zorakılığı doğuran səbəbləri müzakirə etməliyik – təhsil sistemindəki boşluqlar, ailədaxili zorakılığın gizlədilməsi, psixoloji dəstəyin olmaması, hüquqi mexanizmlərin zəif işləməsi və sair və ilaxır… Əgər aparıcılar, media nümayəndələri məsuliyyətsizcə nifrət saçacaqlarsa, biz bu problemlərin kökünə enə bilməyəcəyik. Əksinə, cəmiyyət daha da parçalanacaq.

İctimai rəyi yönləndirmək böyük məsuliyyətdir. Bütün aparıcılar bu məsuliyyəti dərk edərək milyonların qarşısına çıxmalıdır. Bu məsuliyyəti kiminsə şəxsi qəzəbinə və nifrətinə qurban vermək həm etikaya, həm də insana yaraşmaz. Televiziya sizin nifrətinizi, içinizdəki travmalardan doğan aqressiyanızı boşaldacağınız yer deyil...

Həmin aparıcı digər bir çıxışı ilə də gündəm yaratdı. Məcburi köçkün kimi Bakıya gəlmiş vətəndaşlarımızın işğaldan azad edilmiş torpaqlara qayıtımaması barədə “tənqidi” çıxışı ilə. Əvvəla, bilmək lazımdır ki, dövlət, o yolda canından keçən şəhidlərimiz, qazilərimiz  o torpaqları təkcə məcburi köçkünlər oraya qayıtsınlar deyə azad etməyib. Hər şeydən əvvəl dövlət suverenliyi, ərazi bütövlüyünün bərpası məsələsi önəmlidir. İkincisi isə, Qarabağa köçlə bağlı xəbərləri yəqin ki, hamımız görürük, ən sonda isə onu deyək ki, insanları bu cür fikirlərlə qıcıqlandırmaq, bölmək ən azından jurnalist etikasına uyğun gəlmir.

Əgər peşəkar jurnalistikaya iddialısınızsa...
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri