Icma.az
close
up
RU
TƏCİLİ! Baş nazir postu LƏĞV EDİLİR? Partiya sədrindən ŞOK AÇIQLAMA

TƏCİLİ! Baş nazir postu LƏĞV EDİLİR? Partiya sədrindən ŞOK AÇIQLAMA

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi və konstitusiya islahatları mövzusu yenidən gündəmin əsas müzakirə istiqamətlərindən birinə çevrilib. Xüsusilə icraedici hakimiyyətin strukturu, Nazirlər Kabinetinin funksionallığı və institutların hesabatlılığı məsələsində fərqli yanaşmalar ortaya qoyulur.”

Bu barədə REAL Partiyasının sədri Natiq Cəfərli danışıb. Onun sözlərinə görə, ölkənin əsas qanununda fundamental dəyişikliklərə ciddi ehtiyac var: “Mənim şəxsi baxışlarıma görə, Azərbaycan Konstitusiyasında ciddi bir dəyişikliyə ehtiyac var. Gərək biz ortaq məxrəcə gələk ki, ya Baş nazir institutu, Nazirlər Kabineti ləğv edilir… Çünki prezident üsul-idarəsində buna ehtiyac qalmır. Prezident özü Nazirlər Kabinetinin iclasını keçirdir, tapşırıqlar verir, dinləyir, özü idarə edir. Ya bunu etməliyik, ya da Prezident dövlət başçısı olaraq xarici siyasət, ordu və təhlükəsizlik kimi ali səlahiyyətləri saxlamalı, parlamentdən çıxan hökumət isə sosial-iqtisadi məsələlərin məsuliyyətini daşımalıdır”.

Partiya sədri qeyd edib ki, idarəetmədə şəxslərin deyil, institutların necə çalışması əsas rol oynamalıdır: “Mənim üçün şəxslərin o qədər də önəmi yoxdur. Mən institutların necə çalışmasının dərdindəyəm. Azərbaycanda Baş nazir olacaqsa, parlamentdən çıxan, parlament tərəfindən dənətlənən, hesabatlı olan və sosial-iqtisadi məsələlərə həm məsuliyyəti, həm də səlahiyyəti olan bir institut olmalıdır. İndi səlahiyyəti var, amma məsuliyyəti yoxdur. Məsələn, ölkədə iqtisadi artım tempi aşağı düşəndə Nazirlər Kabineti parlamentə gəlib deməlidir ki, ‘biz bacarmırıq, alınmır, bəlkə bizdən yaxşı bacaranlar var’ və istefaya getməlidir”.

Natiq Cəfərli əlavə edib ki, hazırda Baş nazir institutu problemləri həll edən bir mərkəz kimi effektiv deyil: “Mənim üçün Baş nazir institutu Azərbaycanda problemləri həll edən bir mərkəz olmalıdır. İndi belə deyil. Heç olmasa, problemlərlə bağlı Prezidentə məruzələr edilməli, hansı istiqamətdə getməyin məsləhət olduğu müzakirə edilməlidir. Biz isə bunu görmürük. Baş nazir ciddi bir instituta çevrilməli, hər gün xalqın qarşısına çıxmalı, fundamental proqram müsahibələri verməlidir ki, biz onun nə düşündüyünü bilək. Təəssüf ki, bizdə bu ənənə yoxdur”.**”Tv Musavat”

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://dogru.az
archiveBu xəbər 25 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri