TƏCİLİ: Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası ilə bağlı qərar verdi
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” səhifəsində yazıb.
O qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib. Məhkəmə, həmçinin Ermənistanın minaya düşənlər və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından kənarlaşdırmaq cəhdini rədd edib.
“Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir. Azərbaycan əmindir ki, Məhkəmənin tədqiq etdiyi sübutlar beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcək”, – nazir müavini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















