Icma.az
close
up
RU
TƏCİLİ: JEK lərlə bağlı QƏRAR VERİLDİ

TƏCİLİ: JEK lərlə bağlı QƏRAR VERİLDİ

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb.
Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.
Bizim.Media xəbər verir ki, məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov hesab edir ki, bu addım inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcək:
"JEK-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin".
Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər:
"Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər".
N.Ələsgərov qeyd edib ki, yeni MMC-dən vətəndaşlar xidmətlərin keyfiyyətinin yüksəlməsini, şəffaf ödəniş və resurs istifadəsini, standartlaşdırılmış tarifləri və hüquqi qorunmanı gözləyə bilərlər:
"Ümumilikdə, vahid MMC-lərin yaradılması Azərbaycan mənzil-kommunal təsərrüfatında modernləşməyə doğru ciddi addımdır. Düşünürəm ki, "JEK"lər tamamilə ləğv olunmayacaq, lakin vahid idarəetmə sistemi altında fəaliyyət göstərəcəklər. Bundan başqa, kommunal ödənişlərin dəyişməsi mümkündür, lakin şəffaflıq prinsipləri və vətəndaş hüquqlarının qorunması əsas prioritet olaraq qalacaq. Bu təşəbbüs həm də uzunmüddətli perspektivdə xidmətin səmərəliliyini artırmaq, regionlarda yaşayış standartlarını yüksəltmək və vətəndaş məmnuniyyətini təmin etmək məqsədini güdür".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri