Icma.az
close
up
RU
TƏCİLİ: Sevilya Juninyodan imtina etdi? Əmrah Çəlikəl və menecerdən açıqlamalar!

TƏCİLİ: Sevilya Juninyodan imtina etdi? Əmrah Çəlikəl və menecerdən açıqlamalar!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümid edirik ki, “Futbol+” oxucusu bu yazının sərlövhəsini oxuyanda “yenə Juninyo...” deyib qaşlarını çatmaz...

Hər halda, “Qarabağ”ın hücumçusunun “Sevilya”ya keçidi hələ tamamlanmayıb. Bu üzdən qəzetimizin işıq üzü görmədiyi günlərdə prosesdə əldə olunan irəliləyişi diqqətinizə çatdırmaq üçün daha bir neçə xəbəri dərc etməyə ehtiyac var. Əvvəlcədən qeyd edək ki, Juninyo ilə bağlı hələ bir neçə yazı da oxumağınız mümkündü. Ona görə ki, danışıqların axarından xəbərdar olan təcrübəli menecer Tural Əsgərli dünən "Football-plus.az"a verdiyi açıqlamada prosesin bundan sonra azı 3-4 gün, bəlkə də daha uzun müddət davam edəcəyini bildirdi. İndi isə son ötən həftənin yenilikləri ilə tanış olaq.
Məlum olduğu kimi, “Sevilya”nın idman direktoru Viktor Ortanın yayda “Sevilya”ya cəlb etdiyi hücumçu - Kaleçi İheanaço ümidləri doğrultmadı. Nəticədə baş məşqçi Qarsiya Pimyenta Juninyonun transferinin reallaşdırılmasıyla bağlı müvafiq təlimat verdi və hər şey məhz bu tələbdən sona başladı. Dekabrın 29-da İspaniyanın bəzi media qurumları tərəflərin razılığa gəldiyini iddia etsə də, çox keçmədən bu xəbərlər təkzib edildi. Bəs proses niyə bu qədər yubanır? “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl təklif edilən məbləğin klubun tələblərinə cavab vermədiyini deyirsə, səbəb bəllidi. O da sirr deyil ki, Pimyenta transferin mümkün qədər tez reallaşmasında israr edir. O özü bunu jurnalistlərə açıqlamasında dilə gətirib. Əmrah bəyin ötən həftə dediyi sözlər isə diqqəti daha çox cəlb edir:

“Proses davam edir. Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdı”.


Yeri gəlmişkən, tanınmış insayder Fabritsio Romano Juninyonun transferi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb. O, La Liqa təmsilçisinin “Qarabağ”a 4 milyon avro + 1 milyon avro bonus ödəyəcəyini qeyd edib. Həmçinin müqavilədə “Sevilya”nın hücumçunu gələcəkdə başqa kluba satacağı halda, məbləğin 20 faizini ağdamlılara ödəyəcəyi ilə bağlı bənd də yer alacaq.
İspaniyanın “Relevo” nəşrinin yaydığı xəbəri də diqqətdən kənarda saxlamayaq. Ona görə ki, bu nəşr “Sevilya” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə “Qarabağ”a 250 min avro ödəyəcəyini iddia edib. Bu, Juninyonun müqaviləsinin qüvvədə olduğu dövrü əhatə edəcək. Həmçinin nəşr bildirir ki, yuxarıda bəhs etdiyimiz 1 milyon avro bonusu ispanlar yox, Juninyo özü “köhlən atlar”a ödəyəcək. Lakin bu da son deyil. Qısası, indi Juninyonun “Sevilya” ilə 3 illik müqavilə bağlayacağı gözlənilir. Çəlikəl demişkən, təbii ki, klublardan biri imtina etməsə...
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri