Icma.az
close
up
RU
“Təcili yardım” çağıranda...

“Təcili yardım” çağıranda...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Əlbətdə ki, sonradan bəlaya düçar olan adama kömək etməkdənsə, ilk növbədə istənilən bədbəxt hadisənin qarşısını almağa çalışmaq lazımdır.

Bunun üçün sadəcə olaraq özünüzə, öz yaxınlarınıza, uşaqlarınıza qarşı kifayət qədər diqqətli olmağınız, sizi bir çox təhlükəli vəziyyətlərdən qoruyar. Bütün bunlara baxmayaraq, hər hansı bir bədbəxt hadisə baş vermiş olarsa, ilk növbədə vahiməyə düşməmək, hay-küy salmamaq, özünüzü ələ almaq lazımdır. Çünki, bu zaman məhz sizin biliklərinizdən, düzgün və savadlı hərəkətlərinizdən, sizə yaxın olan adamın sağlamlığı və hətta həyatı da asılı ola bilər!

Beləliklə, kim isə sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla “təcili yardım” çağırmaq lazımdır! İdeal halda – kömək edənlərdən biri “təcili yardıma” zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda “təcili yardım” çağrılması mütləq tələb olunur:

- yaralanmalar;

- suda boğulma;

- qanaxmalar;

- yanıqlar;

- travmalar;

- doğuş;

- huşun itirilməsi;

- qıcolmalar;

- ürək nahiyyəsindəki güclü ağrılar;

- heyvanlar tərəfindən dişləmələr;

- arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi;

- ürək fəaliyyətinin və tənəffüsun dayanması;

- ilan sancması;

- donvurma;

- şok;

- elektrotravmalar;

- kəskin ağrılar və s. bu kimi hallar.

“Təcili yardıma” zəng etdikdə həyacanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu “iki kəlmə” ilə izah edin. “Təcili yardımın” dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin – bu çox vacibdir! “Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın – ola bilər ki, “təcili yardım” gələnə qədər həkim sizə bəzi məsləhətlər də verə bilər! Heç bir  halda, “təcili yardımın” dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. “Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir! Bu yolla siz vaxta xeyli qənaət edərək “təcili yardımın” sizə daha tez çatmasına köməklik edərsiniz!

Zərərçəkən kritik (çox ağır) vəziyyətdə deyilsə və onu sərbəst şəkildə nəqliyyatla daşımaq olarsa (məsələn, oynağın çıxığı, mürəkkəb olmayan sınıq, çox da geniş olmayan yanıq və s.), ona həkimə qədərki ilk tibbi yardım göstərdikdən sonra yaxınlıqdakı travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Bədənin ciddi zədələnmələri, güclü qanaxmalar zamanı, huşsuz vəziyyətdə olan, tənəffüsü və ürək döyünməsi olmayan, şok vəziyyətində olan xəstələri, miokard infarktı və ya insulta şübhə olduğu hallarda mütləq “təcili yardım” maşınını gözləyin!

Əgər sizə yaxın olan adam ağır vəziyyətdə olarsa, “təcili yardım” gələnə qədər xəstəxanaya aparılmasına hazırlaşmaq üçün onun şəxsiyyət vəsiqəsini, sığorta vəsigəsini (əgər varsa), ən vacib şəxsi əşyalarını hazırlayın.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri