Təcili yardım çağırışa 1 saatdan sonra gəldi ETİRAZ/FOTOFAKT
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı sakini İlhamə Xankişiyeva Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) şikayətçidir.
Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, avqustun 2-də gecə saatlarında səhhətində qəfil narahatlıq olub. Təcili Tibbi Yardıma dərhal müraciət olunsa da, tibbi briqada çağırışa 1 saatdan sonra gəlib:
“Gecə səhhətimdə yaranan problemə görə bacım təcili yardım çağırdı. Təcili yardım 01:26-da çağırılsa da 02:36-da gəlib. Bu özlərinin təqdim etdiyi vərəqdə də əks olunub. 1 saat 10 dəqiqəyə təcili yardım gəlir? Mənə sadəcə maraqlıdır ki, insan həyatı bu qədər önəmsizdir? Bir saatdan sonra gələn təcili yardım kimə lazımdır ki?”, deyə İlhamə xanım etiraz edir.
Musavat.com sözügedən şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















