Icma.az
close
up
RU
Təcili yardımdan operativ addım: Sıxlıqda həyat xilas edəcək Ambucycle modeli tətbiq olunur

Təcili yardımdan operativ addım: Sıxlıqda həyat xilas edəcək Ambucycle modeli tətbiq olunur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni "Ambucycle" xidmət modelinin tətbiqinə başlanılıb.

XQ xəbər verir ki, ölkədə ilk dəfə motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir.

Xidmət modeli ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tətbiq olunacaq.

"Ambucycle" zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub və xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə edilir. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım avtomobilinin hadisə yerinə cəlb olunmasını koordinasiya edir.

Qeyd edək ki, cəlb olunan feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimləri uğurla başa vurublar.

"Ambucycle" xidmət modelinin tətbiqi təcili tibbi yardımın əlçatanlığının və operativliyinin artırılmasına xidmət edəcək. Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri