Icma.az
close
up
RU
Tədqiqat: Qandakı kofein səviyyəsi bədən yağlarına və diabet riskinə təsir göstərə bilər

Tədqiqat: Qandakı kofein səviyyəsi bədən yağlarına və diabet riskinə təsir göstərə bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 may, AZƏRTAC

“BMJ Medicine” jurnalında dərc olunan yeni araşdırmaya görə, qandakı kofein konsentrasiyası bədən yağının miqdarı və diabet riski ilə əlaqələndirilə bilər. İsveçdəki Karolinska İnstitutu, İngiltərədəki Bristol Universiteti və Imperial College Londonuun tədqiqatçıları bu əlaqəni müəyyən etmək üçün genetik markerlərə əsaslanan Mendel randomizasiyası metodundan istifadə ediblər.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, araşdırmada genetik olaraq daha yüksək plazma kofein səviyyələri olan şəxslərdə daha aşağı bədən kütləsi indeksi (BKİ) və azalmış ümumi bədən yağ kütləsi müşahidə olunub. Həmçinin bu fərdlərdə diabet riskinin də az olduğu qeyd edilib. Tədqiqatçılar bildirirlər ki, kofeinin diabetə qarşı təsirinin təxminən yarısı onun bədən çəkisini azaltmaqla əlaqəlidir. Tədqiqat 10 mindən az iştirakçının məlumatları əsasında aparılıb və kofeinin parçalanma sürəti ilə əlaqəli olan CYP1A2 və onu tənzimləyən AHR genlərindəki variasiyalara diqqət yetirilib. Bu genetik variasiyalar kofeinin qanda daha uzun müddət qalmasına səbəb ola bilər, bu isə onun metabolik təsirlərini gücləndirə bilər. Əvvəlki tədqiqatlar da kofein istehlakı ilə aşağı BKİ və yaxşılaşdırılmış ürək sağlamlığı arasında əlaqə olduğunu göstərmişdi. Bununla belə, hazırkı araşdırmada atriyal fibrilasiya, ürək çatışmazlığı və insult kimi ürək-damar xəstəlikləri ilə qandakı kofein səviyyəsi arasında əhəmiyyətli bir əlaqə tapılmayıb. Tədqiqatçılar kofeinin metabolizmə təsirini onun termogenezi və yağ oksidləşməsini artırma qabiliyyəti ilə izah edirlər. Lakin kofeinin uzunmüddətli istifadəsinin təsirləri hələ də tam müəyyən olunmayıb və əlavə tədqiqatlara ehtiyac var. Bristol Universitetinin genetik epidemioloqu Benjamin Voolf qeyd edib ki, kalorisiz kofeinli içkilərin piylənmə və diabet riskini azaldıb-azaltmadığını öyrənmək üçün təsadüfi nəzarətli sınaqlar aparılmalıdır.

Tədqiqatçılar vurğulayırlar ki, dünyada kofeinin geniş şəkildə qəbulunu nəzərə alaraq, hətta onun kiçik metabolik təsirləri belə ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət daşıya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri