Icma.az
close
up
RU
Tədqiqat: Vikinqlər təkcə istila ilə deyil, həm də ticarətlə məşğul olublar

Tədqiqat: Vikinqlər təkcə istila ilə deyil, həm də ticarətlə məşğul olublar

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

Nəticələri “Archaeometry” jurnalında dərc edilən bir araşdırmanın müəllifləri Bedale dəfinəsindən Vikinq dövrünə aid gümüşü izləmək üçün qurğuşun-izotop və iz element analizlərindən istifadə etməklə anqlo-sakson İngiltərəsindən Abbasi xilafətinə qədər uzanan mübadilə şəbəkəsinin xəritəsini çəkiblər.

AZƏRTAC “Live Science” nəşrinə istinadla xəbər verir ki, Oksford Universitetində Vikinq dövrü arxeologiyası üzrə mütəxəssis və tədqiqatın aparıcı müəllifi Ceyn Kerşav bildirib: “Əksəriyyətimiz vikinqləri istilaçı kimi qiymətləndiririk, amma bu detal mənzərənin yalnız bir hissəsidir”. O əlavə edib ki, ingilis tarlasında tapılan İslam külçəsi vikinqlərin ticarətinin genişliyini göstərir: “Vikinqlər təkcə yerli əhalinin mallarını əlindən almırdı, həm də basqın edib məskunlaşandan sonra özləri ilə sərvət gətirirdilər”.

Metal detektorları mütəxəssisləri Stüart Kempbell və Stiv Kasvell 2012-ci ilin may ayında Şimali Yorkşirdəki Bedale yaxınlığında dəfinə aşkar ediblər. Yorkşir Muzeyinə təhvil verilən 1100 illik sərvət təxminən 70 min dollar dəyərində qiymətləndirilir. Bu dəfinə boyunbağılar, qolbaqlar, qızıl qılınc dəsti, gümüş zinət əşyaları və 29 gümüş külçədən ibarətdir. Böyük bir bükülmüş boyunbağının İngiltərənin şimalında şərq və qərb gümüşünün qarışığından töküldüyü görünür.

Geokimyəvi məlumatlar göstərir ki, doqquz külçə (tapılanların üçdəbiri) İslam xilafətindən gətirilən gümüşdən qaynaqlanır. O, Abbasi xilafəti dövründə tökülüb. Ərəb salnaməçiləri Vikinq tacirlərinin xəz, kəhrəba, qılınc ilə onları mübadilə etdiklərini bildiriblər. Metal, ehtimal ki, İngiltərəyə gedən mühacirlər ilə Şimal dənizini keçməzdən əvvəl Austrveqr kimi şərq çay marşrutları boyunca hərəkət edib.

Anqlo-sakson və Karolinq sikkələrindən əldə edilən digər parçalar əridilib və yenidən zərb olunub. Vikinq əməliyyatları gümüşü zərb səlahiyyətindən çox çəki ilə qiymətləndirirdi, buna görə də xarici sikkələr tez-tez külçəyə çevrilirdi. Tədqiqatçılar, həmçinin Şimali Pennin adalarından filizlə uyğun gələn qurğuşun aşkar ediblər ki, bu da yerli emaldan və müxtəlif bölgələrdən qaynaqları qarışdırmaq istəyindən xəbər verir.

Müəlliflər belə nəticəyə gəliblər ki, Skandinaviya qrupları hərbi və kommersiya strategiyalarını birləşdirərək Qərbi Avropadan və ya İslam dünyasından gətirilən qiymətli metalı gümüş külçələrə çeviriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri