Icma.az
close
up
RU
Təəssüf ki ailə dəyərlərimiz puç olmaq üzrədir Sosioloq

Təəssüf ki ailə dəyərlərimiz puç olmaq üzrədir Sosioloq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ortada davamlı təzyiq, təhdid, zorakılıq varsa, tədbir görülməlidir

Sosial şəbəkədə həyat yoldaşı haqqında xoşagəlməz ifadələr işlədən şəxs həbs edilib. Saatlı rayon sakini müxtəlif vaxtlarda “Tik-Tok” sosial şəbəkəsi üzərindən həyat yoldaşı və övladına qarşı nalayiq ifadələr işlədib. Həmçinin, vorsap tətbiqi vasitəsilə ana və qıza qarşı nalayiq ifadələrdən ibarət səsli mesajlar göndərib.

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham irəli sürülüb və o, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Ailə daxilində yaranmış mübahisə, təhqir və zorakı davranışlara qadının guya həyat yoldaşından xəbərsiz təmizlik işinə getməsi olub. Lakin qadın bu ittihamları rədd edib. Bildirib ki, həyat yoldaşı əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunub: “Həbsdən azad edildikdən sonra isə heç bir əsaslı səbəb olmadan ailə üzvlərimə qarşı aqressiv davranışlar nümayiş etdirib, bizi fiziki zorakılığa məruz qoyub və təhqir edib. O, “Tik-Tok” sosial şəbəkəsində birgə nikahımızdan olan övladımın ünvanına nalayiq ifadələr işlədib, onu davamlı şəkildə təhqir edib. Bundan əlavə, votsap tətbiqi vasitəsilə səsli mesajlar göndərərək bizə küçə söyüşləri və alçaldıcı ifadələr işlədib”.

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, bu ailə-məişət problemidir. Lakin hər birimiz bu cür hadisələrə münasibət bildirməklə cəmiyyətə vacib mesaj ötürmüş oluruq: 

- Təhqir, söyüş, təhdid, zorakılıq qəbulolunmaz davranışlardır. Belə davranşlara yol verilməməlidir. Həyat yoldaşının öz xanımı, övladı haqqında nalayiq sözlər işlətməsi çox böyük, bağışlanmaz səhvdir. Ər öz xanımı haqqında, üstəlik də öz övladı haqqında təhqiredici ifadələr işlədir və bunu sosial şəbəkədə yayırsa, bu şəxsin psixi durumunun yerində olması şübhəlidir. Hesab etmək olar ki, o, psixoloji problemləri olan insandır. Sosial şəbəkə, internet, TikTok bir mərəz halına gəlib. İllər əvvəl həyəcn təbili çalırdıq ki, bir evdə, eyni mənzildə yaşayan ailə üzvləri bir-birindən hansısa xahişini, sözünü üzbəüz, dillə demir, telefonda mesaj yazaraq bildirir. Artıq elə bir dövrə çatdıq ki, həyat yoldaşları bir-birini sosial şəbəkədə təhqir edir. Bu nəyin əlamətidir? Cəmiyyətdə əxlaqi dəyərlərin, dayaqların titrədyinin, kövrəldiyinin əlamətidir. Necə ola bilər ki bir kişi öz xanımı haqqında publik tərzdə təhqir səsləndirsin, eləcə də qadın, həyat yoldaşı haqqında. Təəssüf ki bizim möhkəm ailə dəyərlərimiz puç olmaq üzrədir. 

M.Məmmədova qeyd etdi ki, ortada davamlı təzyiq, təhdid, zorakılıq varsa, tədbir görülməlidir: 

- Qadının haqqıdır ki, hüquq-mühafizə orqanlarına müraciət etsin, həyatına və övladının həyatına təhlükə olduğunu aidiyyəti qurumlara çatdırsın, təcili tədbir görülsün. Çünki vaxtında tədbirlər görülmədikdə, günlərin birində facilə ilə nəticələndiyini görəcəyik. 

Sosioloq bildirdi ki, ailə quran cütlük bir ömrü paylaşmağı qarşısına məqsəd qoyursa, bir-birinə hörmətlə yanaşmalı və həyat yoldaşları, eləcə də ailənin digər üzvləri bir-biri haqqnda məlumatlı olmalıdır: - Burada kiminsə hqqqının tapdandığından, gender bərabərsizliyi, yaxud qadının hüququnun pozulduğundan söhbət getmir. Normal, düzgün münasibətlər üzərində qurulmuş ailələrdə qadının da, kişinin də harada işlədiyi, hara getdiyini tərəflər bilir, məlumatlı olurlar. Ailə birlik, bərabərlik, həmrəylik deməkdir. Ər evdən çıxanda qadın onun hara getdiyini bilməlidir, ər məlumat verməlidir, eləcə də bu qadına da aiddir. Azəbaycan ailələri belə olub. Bizim aililərdə “özüm bilərəm hara gedirəm, sənilik deyil” tərzi olmayıb. Amma təəssüf ki, ailə dəyərlərimizi sosial şəbəkələr bizə unutdurur yavaş-yavaş. Biz avropalı deyilik, şərqliyik. Ailə dəyərlərimizi də gələcək nəsillərə ötürməliyik ki qorunsun. Hara getdiyini, harada işlədiyini bildirmək hesabat vermək ki yanaşmamalıyıq, bu, məlumatlandırmaq baxımından vacibdir. Əgər səhər evdən çıxan ailə üzvünün hara, nə üçün getdiyi bilinməyəcəksə, gözlənilməz bir hadisə baş versə, ailəs necə xəbər tutacaq? Bu kimi hallarda onun haqqında başqa mənbədən məlumat alınırsa, əlbəttə, bu, ailə daxilində söz-söhbətə, narazılğa, qarşılıqlı inamsızlığa səbəb olur. Ailə üzvlərinin bir-birinə inamı möhkəmlədir ailəni, inamsızlıq isə dağılmaya, paça-parça olmağa gətirib çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri