Icma.az
close
up
RU
“Təəssüf ki, Konate ilə razılığa gələ bilmədik” Kamran İsmayılov da etiraf etdi

“Təəssüf ki, Konate ilə razılığa gələ bilmədik” Kamran İsmayılov da etiraf etdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şamaxı”nın elitada qalmasında ən böyük pay sahiblərindən biri də Brahim Konatedi.

Fransalı yarımmüdafiəçi qolları və məhsuldar ötürmələri ilə komandanın ən dəyərli oyunçusudu. Daha doğrusu, oyunçusu idi. Çünki artıq “şirlər” onu itirmək reallığı ilə barışıb. Brahim tezliklə ölkəmizin avrokuboklardakı təmsilçisi “Zirə” ilə müqaviləyə imza atacaq. “Neftçi”dən də təklif alan Konate “qartallar”a üstünlük verib.
Bəs “Şamaxı” liderini niyə heyətdə saxlaya bilmədi? Klubun baş meneceri Kamran İsmayılovun bununla bağlı fikrini öyrəndik:

“Bəli, Brahim Konatenin müqaviləsi mövsümün sonunda başa çatır, bu faktdı. Eyni zamanda, onu da deyim ki, Brahimlə yeni müqavilə bağlamağa çalışmışıq. Yəni onunla danışığımız olub, yeni müqavilə təklifi etmişik. Amma təəssüf ki, o vaxt razılığa gələ bilmədik. Onun müqaviləsinin müddəti bu ayın sonunda bitir. Brahimin başqa klublarla razılığa gəlməsi, hansısa kluba keçəcəyi ilə bağlı dəqiq məlumatım yoxdu. Ona görə də bu mövzuda nəyisə təsdiqləyə və ya təkzib edə bilmərəm. Hazırkı vəziyyətdə istər “Zirə”, istər Neftçi, istərsə də bir başqa klub – fərq etməz, Brahimlə danışıqlar apara bilər. Çünki onun müqavilə müddəti bitmək üzrədi və üçüncü tərəf – başqa klublar artıq onunla danışıq apara bilər. Futbolçunun klubla müqaviləsinin bitməsinə altı aydan az qalanda başqa bir klub onunla birbaşa danışıqlar apara, müqavilə bağlamaq haqqına malikdi. Yəni belə hallarda indiki klubdan icazə almaq və ya rəsmi müraciət etmək zəruri deyil. Bu, FİFA qaydalarına uyğun olan, tam hüquqi və düzgün yoldu. Brahimlə bağlı vəziyyət belədi. Heç bir klub bizə rəsmi müraciət etməyib. Amma bu o demək deyil ki, futbolçu hansısa klubla danışıq aparmayıb. Sadəcə, bizdə belə bir məlumat yoxdu. Bizə bu yöndə heç bir rəsmi müraciət və ya xəbərdarlıq daxil olmayıb”.


Yeri gəlmişlən, Leroy Mikelslə bağlı da eyni vəziyyət yaranıb. 29 yaşlı yarımmüdafiəçinin “Şamaxı” ilə müqavilə müddəti bitir. O da karyerasını ölkənin iddialı klublarından birində davam etdirmək fikrindədi.
ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri