“Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb” Məleykə Abbaszadədən “xalası oğlu” ilə bağlı AÇIQLAMA KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.
KONKRET.az xəbər verir ki, manset.az Xəyal Abdıyevin söylədiklərini dəqiqləşdirmək üçün Məleykə Abbaszadə ilə əlaqə saxlayıb. O, bu adda xalası oğlu olmadığını bildirib:
“Ümumiyyətlə, mənim heç bir qohumum həbs olunmayıb. Bilmirəm kim özünü mənim qohumum adlandırıb. Yayılan məlumat haqqında mənim xəbərim yoxdur. Hər halda onun yalan danışması sübut olunub ki, məhkəmə ona cəza təyin edib. Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb”.
Qeyd edək ki, Xəyal Abdıyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsinə əsasən 7 il həbs cəzası verilib.
Baxış sayı:52
Bu xəbər 05 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















