Icma.az
close
up
RU
Tegeta şirkəti Bridgestone brendinin Azərbaycanda rəsmi təmsilçisidir

Tegeta şirkəti Bridgestone brendinin Azərbaycanda rəsmi təmsilçisidir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Gürcüstan şirkəti qlobal brendin regionda eksklüziv distribütoru olub.

"Bridgestone" brendinin Azərbaycanda eksklüziv təchizatçısı olan "Tegeta" şirkəti Yaponiya brendinin minik avtomobilləri, yük maşınları və xüsusi texnikalar üçün şinlərini təklif edir. Tərəflər arasında bağlanmış müqavilə yanvar ayında qüvvəyə minib.

Bakıda baş tutan tədbirdə tərəfdaşlar və müştərilər üçün "Tegeta" - "Bridgestone" əməkdaşlığının təqdimatı keçirilib. Paytaxtın "Four Seasons" hotelində baş tutan təqdimat mərasimində yerli hakimiyyət orqanlarının nümayəndələri, biznes rəhbərləri, iri şirkətlər, eləcə də "Tegeta" və "Bridgestone" şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər. Tədbirə həmçinin Yaponiya və Gürcüstanın Azərbaycandakı səfirləri də təşrif buyurublar.

"Azərbaycandakı avtomobil sahibləri üçün "Bridgestone" brendinin premium keyfiyyətli şinlərinin tədarükünə başladığımızı elan etməkdən məmnunluq və qürur duyuruq. "Bridgestone" Qafqaz regionunda pionerdir və 26 illik tərəfdaşlığımız sayəsində qonşu ölkələrdə onların distribütoru kimi çıxış etmək şərəfinə nail olmuşuq.

Təqdimat zamanı biz tərəfdaşlarımıza və müştərilərimizə gələcək imkanlar və planlar barədə məlumat verdik. "Tegeta" yüksək keyfiyyətli və etibarlı məhsullara çıxışı təmin etməklə öz biznesini genişləndirməyə və regionda avtomobil sənayesinin inkişafına töhfə verməyə çalışır. Məqsədimiz bu sahədə 30 illik təcrübəyə malik bir şirkət olaraq, avtomobil sənayesində etibarlı tərəfdaş kimi mövqeyimizi gücləndirməkdir", - deyə "Tegeta Holding"in baş icraçı direktoru Yekaterina Kavtaradze deyib.

Bakıda keçirilən tədbirdə 150 iştirakçı "Tegeta Motors Baku"nun "Bridgestone" ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi xidmətlər haqqında məlumat əldə edib.

"Tegeta" ilə tərəfdaşlığın genişləndirilməsi "Bridgestone" brendinin premium keyfiyyətli şinlərinin Azərbaycanda təşviqi baxımından mühüm addımdır. Bu isə keyfiyyət, təhlükəsizlik və innovasiyalara sadiqliyimizin Qafqaz regionunda daha çox müştərini əhatə etməsinə kömək edir. Bu 26 illik tərəfdaşlıq bizim regionda inkişafa təkan vermək və üstün avtomobil həllərini təqdim etmək üçün birgə öhdəliyimizi vurğulayır", - deyə "Bridgestone" şirkətinin Yaxın Şərq, MDB və PAF regionları üzrə direktoru Samuel Massard bildirib.

10 ilə yaxındır ki, Bakıda fəaliyyət göstərən "Tegeta Motors" şirkəti pərakəndə, korporativ və topdansatış sektorlarında kompleks avtomobil xidmətləri və geniş çeşiddə məhsullar təqdim edir. "Tegeta Motors" bu il Azərbaycanda 100 000 ədəd "Bridgestone" şini satmağı planlaşdırır və öz filial şəbəkəsini tədricən genişləndirmək niyyətindədir.

"Bugünkü tədbir Gürcüstan və Azərbaycanın işgüzar dairələri arasında artan əməkdaşlığın göstəricisidir. "Tegeta Motors"un Bakıda ilk nümayəndəliyi 2017-ci ildə açılıb. Hazırda yüksək keyfiyyətli avtomobil xidmətləri və məhsulları təklif edən üç filialımız fəaliyyət göstərir. Strateji tərəfdaşımız sayəsində biz artıq minik avtomobilləri, yük maşınları və xüsusi texnikalar üçün "Bridgestone" şinlərini təklif edə bilirik. Hədəf müştərilərimiz pərakəndə və topdansatış müştəriləri, həmçinin dağ-mədən sənayesi və logistika şirkətləridir. Şin satışı ilə yanaşı, biz şinlərin quraşdırılması və zəmanət xidməti göstəririk. Yük maşınları üçün zəmanət yürüşdən asılı olaraq dəyişir. Biz təchizat zəncirimizi genişləndirməyə, həmçinin xidmətlərimizi daha əlçatan və adaptiv etməyə çalışırıq", - deyə "Tegeta Motors Baku"nun direktoru Aleksandr Beroşvili bildirib.

"Bridgestone" və "Tegeta" şirkətləri arasında ilk müqavilə 1998-ci ildə imzalanıb və ilkin sifariş cəmi 500 şin təşkil edib. "Bridgestone" brendi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanda qış şinlərinin istifadəsi tətbiq edilib ki, bu da ölkədə yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

"Bridgestone" 150-dən çox ölkədə fəaliyyət göstərir və illik 30 milyard ABŞ dolları gəlir əldə edir. Bölgədəki əməliyyatların böyük hissəsi "Tegeta" şirkəti ilə tərəfdaşlıq sayəsində həyata keçirilir.

"Tegeta" dünya miqyaslı "Bridgestone" brendinin etibarlı tərəfdaşıdır və regional avtomobil sənayesində lider mövqe tutur.

"Tegeta" şirkəti "Bridgestone" brendinin Azərbaycanda rəsmi təmsilçisidir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri