Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Prezident İlham Əliyevin fərmanı ilə “Milli Kibertəhlükəsizlik Agentliyi” (MKA) publik hüquqi şəxs yaradılıb. Müasir dünyada kiberhücumların artması dövlətləri bu cür tədbirlər görməyə vadar edir. MKA fərdi məlumatların qanunsuz toplanılması, emalı və mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi nəticəsində hüquqları pozulmuş şəxslərin şikayətlərinə baxacaq və onları araşdıracaq.
Bu mühüm qurumda fəaliyyət göstərəcək kifayət qədər kadr ehtiyatı varmı?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, belə bir qərarın verilməsi təsadüfi deyil:
“Çünki təhlükə təkcə küçədə və ya fiziki məkanda yox, insanların cibindəki telefonda, istifadə etdiyi tətbiqlərdə və saxladığı məlumatlarda da mövcuddur. Bir neçə il əvvəl əsas narahatlıq kompüter virusları idisə, bu gün söhbət milyonlarla insanın şəxsi məlumatlarının oğurlanmasından, bank hesablarının hədəfə alınmasından və hətta dövlət sistemlərinə hücumlardan gedir. Bu qurumun yaradılması göstərir ki, kibertəhlükəsizlik artıq yalnız İT şöbələrinin problemi deyil, dövlət səviyyəsində prioritet məsələyə çevrilib. Çünki rəqəmsallaşma artdıqca risklər də artır. Dövlət xidmətləri, elektron hökumət platformaları, bank sistemləri və vətəndaş məlumat bazaları nə qədər inkişaf edirsə, onların qorunmasına ehtiyac da bir o qədər böyüyür”.
Kadr məsələsinə gəlincə, E.Həsənov bildirib ki, statistikaya görə, kibertəhlükəsizlik dünyada ən çox mütəxəssis çatışmazlığı yaşanan sahələrdən biridir:
“Bu problem təkcə Azərbaycana aid deyil. ABŞ, Avropa ölkələri və digər inkişaf etmiş dövlətlər də minlərlə kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac duyduqlarını açıqlayırlar. Lakin son illər Azərbaycanda da bu sahəyə maraq artıb. Universitetlərdə yeni proqramlar yaradılıb, beynəlxalq sertifikatlar alan mütəxəssislərin sayı çoxalır və dövlət qurumlarında kibertəhlükəsizlik istiqamətində yeni kadrların hazırlanmasına ciddi diqqət ayrılır. Bir neçə il əvvəl kibertəhlükəsizlik çox dar sahə hesab olunurdusa, bu gün ən çox tələb olunan peşələrdən biridir. Bu qurumun vacib tərəflərindən biri də vətəndaşların şəxsi məlumatlarının qorunmasına diqqət yetirməsidir. Çünki son illərdə insanlar müxtəlif platformalarda məlumatlarını paylaşır, onlayn xidmətlərdən istifadə edir və bəzən bunun yaratdığı risklərin fərqində olmurlar. Belə hallarda həm nəzarət, həm araşdırma, həm də maarifləndirmə funksiyasını yerinə yetirən ixtisaslaşmış qurumun olması vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















