Icma.az
close
up
RU
Təhlükəsiz və sağlam iş mühiti

Təhlükəsiz və sağlam iş mühiti

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həm vətəndaşlar, həm də dövlət üçün önəmlidir


İctimai və dövlət maraqlarının müdafiəsi


Əməyin mühafizəsi, əməkçilərin hüquqlarının müdafiəsi, sağlam iş şəraiti və buna bağlı olaraq da iqtisadiyyatın daimi inkişafı hər bir dövlətin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Və hökumətlər bu həqiqəti də qəbul edir ki, məqsədə gedən yol işçinin həyat şəraitinin yaxşılaşmasından, hüquqlarının qorunmasından keçir.

 Bu məqsədlə də hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsinə ilk dəfə Amerika və Kanada zəhmətkeşləri tərəfindən 1989-cu ildə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin xatirəsinin anılması ilə başlanılıb, sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Bəs iş yerlərində işəgötürənlər tərəfindən bu norma və standatlara necə əməl edilir? 


Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda geniş tərkibli konfransda bu haqda danışılıb. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Onun sözlərinə görə, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb: "Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb. "Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir", - deyə nazir əlavə edib. Nazir bildirib ki, 2018-2025-ci illər ərzində əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. O qeyd edib ki, qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən, qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb: "Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min unikal şəxsə ümumilikdə 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6 800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib. 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən, 12,4 min nəfər özünüməşğulluq proqramına, 1 070 nəfər isə peşə hazırlığına cəlb edilib. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, o cümlədən, 492 hərbçiyə 609 yüksək texnologiyalı protez, 2 300 müharibə əlilinə 70 min reabilitasiya vasitəsi təqdim olunub. Ötən il istehsalatla bağlı 2052 bədbəxt hadisə araşdırılıb. 2024-cü il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. Bəhs olunan dövrdə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb. A.Əliyev deyib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır: Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur". Nazir qeyd edib ki, "Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur. A.Əliyev bildirib ki, əməyin mühafizəsi üzrə normativ çərçivənin təkmilləşdirilməsi məqsədilə indiyədək 58 milli standart təsdiq edilib, əlavə olaraq 111 dövlət standartının hazırlanması istiqamətində işlər davam etdirilməkdədir. Onun sözlərinə görə, eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzi işəgötürənlərlə müqavilə əsasında əməkdaşlıq edərək onlara peşəkar xidmətlər təqdim edir: "Ölkənin bütün regionlarında, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq təşkil olunan təlimlər və maarifləndirmə tədbirləri əhalinin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir". "Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “DOST Müfəttiş” layihəsi həyata keçirilir ki, bu da işəgötürənlərə dəstəyin yeni bir müstəvidə göstərilməsidir. Belə ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır, mövcud boşluqlar aşkar edilir, onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur. 2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi bu sahədə institusional potensialın gücləndirilməsində mühüm rol oynayır. Mərkəz iş yerlərinin attestasiyasının həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi ilə bağlı praktiki mexanizmlərin tətbiqi sahəsində vacib funksiyalar icra edir", - deyə A.Əliyev bildirib.


Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə çıxışı zamanı deyib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. O bildirib ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb: 

"Bu rəqəmlər bizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil, bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir". "Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrildi", - deyə M.Musayev əlavə edib. 


Konfrans iştirakçılarına videomüraciətində Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbo bildirib ki, BƏT olaraq təhlükəsiz və sağlam iş mühiti yaratmaq səylərində Azərbaycanı bundan sonra da dəstəkləməyə hazırdırlar. O bildirib ki, fəaliyyətlərinin əsas istiqamətlərindən olan təhlükəsiz və sağlam iş mühiti işçilərin təməl hüquqlarındandır: 

"Buna baxmayaraq, dünyada milyonlarla işçi hələ də işləri ilə əlaqədar həyatını itirir, xəsarət alır və ya xəstələnir. Texnologiya qeyd olunanları dəyişmək üçün açar rolunu oynaya bilər. Məhz buna görə də "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfransın mövzusu məqamında olmaqla xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqi və məhsuldarlığın yüksəldilməsi baxımından geniş imkanlar təklif edir. Lakin bu texnologiyalar eyni zamanda ciddi narahatlıqlar da doğurur və hər birimizə məlumdur. Diqqətli və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına ala bilər. Bunun qarşısını almaq və süni intellektin iş dünyasında faydalı məqsədlərlə istifadə olunmasını təmin etmək üçün insan mərkəzli yanaşma zəruridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri