Təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və ya hərbi müdafiə ilə məhdudlaşmır
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714 milyon manatlıq xərclər, xüsusi çəkisi büdcədə 21% təşkil edir, Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirdi.
"Bu rəqəm 2025-ci ilə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılması məsələsi bu gün müzakirə etdgiyimiz ən vacib istiqamətlərdən biridir. Bu qərar təkcə maliyyə məsələsi deyil, eyni zamanda Azərbaycanın müasir təhlükəsizlik konsespsiyasının reallığa uyğsun yenilənməsi deməkdir.
Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, mükəmməlləşdirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və ya hərbi müdafiə ilə məhdudlaşmır", - deyə o vurğuladı.
Deputatın sözlərinə görə, bu gün təhlükəsizlik həm də informasiya müharibəsi, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturunun qorunması, ictimai sabitliyin və daxili asayişisn təminatı deməkdir:
"Hörmətli həmkarlar, azad edilmiş torpaqlarda bərpa və yenidənqurma prosesi artıq geniş vüsət alıb. Bu ərazilərdə minalardan təmizləmə, təhlükəsiz infrastrukturun qorunması, polis və fövqəladə xidmətlərin formalaşdırılması davam edir. Hər bir qayıdan vətəndaşın təhlükəsizliyi dövlətin bir nömrəli vəzifəsidir. Bu isə yalnız kifayət qədər maliyyə dəstəyi ilə mümkün ola bilər. Digər tərəfdən, dünya miqyasında müşahidə olunan geosiyasi gərginliklər, regionda baş verən hərbi-siyasi proseslər, Ermənistanın bəzi dairələrinin hələ də revanşist niyyəstləri, təhlükəsizlik məsələlərinə daha çevik və fərqli yanaşmağı tələb edir. 2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq.
NATO standartlarına uyğun olan hərbi birləşmələrin yenidən qurulması, eyni zamanda keçiriləcək təlimlər üçün görülən addımlar atılır və buna da maliyyə vəsaiti ayrılır.
Eyni zamanda bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə, milli texnoloji potensialın güclənməsinə xidmət edəcək. Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik. Unutmamalıyıq ki, təhlükəsizlik iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin olmadığı yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















