Icma.az
close
up
RU
Dövlətlərin müasir təhlükəsizlik qayğısı: İdeoloji sərhədlərin qorunması prioritetdir

Dövlətlərin müasir təhlükəsizlik qayğısı: İdeoloji sərhədlərin qorunması prioritetdir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pandemiya dövrü göstərdi ki, müasir dünyada dövlətin gücü yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür. COVID-19 qlobal sistemin köhnə dayaqlarını sarsıtdı, milli suverenliyin və ideoloji sərhədlərin əhəmiyyətini bir daha gündəmə gətirdi. Artıq dövlətlər başa düşür ki, informasiya, sosial media və vətəndaş cəmiyyəti adı altında fəaliyyət göstərən şəbəkələr milli təhlükəsizliyə silahlı təhdidlə müqayisə ediləcək qədər təhlükəli təsir göstərə bilər. Yəni, müasir dövrdə suverenlik yalnız sərhədlərlə məhdudlaşmır, həm də ideoloji və informasiya müstəvisində qorunmalıdır.

Türkiyə: "Paralel dövlət"dən milli həmrəyliyə

Türkiyə bu qlobal prosesin önündə gedən ölkələrdəndir. Hələ 2013-cü ildə baş verən Gezi Park etirazlarından sonra dövlət içərisində gizli şəkildə fəaliyyət göstərən FETÖ şəbəkəsinin ifşası və "paralel dövlət"in dağıdılması Ankaranın milli kimliyini qorumaq istiqamətində dönüş nöqtəsi oldu...

Esenyurt bələdiyyə başqanı Əhməd Özərin terror ittihamı ilə həbsi, İstanbul meri Əkrəm İmamoğlu barəsində istintaqın aparılması və digər şəhər bələdiyyələrinə qarşı iddialar göstərir ki, Türkiyə dövləti artıq "demokratiya adı altında sui-istifadə mexanizmləri"ni qəbul etmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi:

"FETÖ"nün son üzvü zərərsizləşdirilənə, cəzasını çəkənə, ölkənin və millətin yaxasından düşürülənə qədər mübarizəmiz davam edəcək. Bu millət xəyanəti də, xaini də, onlara dəstək verənləri də bağışlamır".

Bu o deməkdir ki, dövlətə yox, əksinə, xarici maraqlara işləyən, üstəlik ifşa olmamaq üçün buna demokratiya donu geyindirən hər kəs dövlət və millət üçün təhlükədir. Demokratiya təbii ki, milli maraqlardan üstün ola bilməz. Bu, təkcə siyasi mübarizə deyil, həm də ideoloji sərhədlərin qorunmasının mübarizəsidir.

ABŞ: "Dərin dövlət"lə savaş

ABŞ-də Donald Tramp dönəmi də oxşar tendensiyanı üzə çıxardı. Tramp açıq şəkildə bəyan edirdi ki, Amerikanı zəiflədənlər xaricdə deyil, elə ölkənin içindədir.

O, korrupsiyaya bulaşmış, xarici lobbilərin təsiri altına düşmüş təşkilatları sıradan çıxarmağa çalışdı. Hətta bu məsələdə özündən əvvəlki prezidentləri də ittiham etməyi unutmadı. Onun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi istiqamətindəki addımları, bu prosesdə xüsusi ilə fərqlənən prezidentlərə qarşı sərt mövqe nümayiş etdirməsi bunun göstəricilərindəndir.

Məsələn, nümunə kimi Donald Trampın özündən əvvəlki administrasiyasının seçkilərlə bağlı saxtakarılığını tənqid etməsini göstərmək olar:

"ABŞ-nin əvvəlki administrasiyası seçkiləri oğurlamağa cəhd edib. Bu, vətənə xəyanət idi".

Bu hadisələr göstərdi ki, qlobal sistemin mərkəzi hesab olunan ABŞ-də belə dövlət mənfi təsirlərdən tam sığortalanmayıb. Ona görə də Trampın ritorikasında "Amerikanı yenidən böyük etmək" şüarı təkcə iqtisadi yox, həm də ideoloji suverenliyin bərpası anlamına gəlirdi.

Mərkəzi Asiya: Xarici təsirin neytrallaşdırılması

Qazaxıstan və Özbəkistan son illər regionda ideoloji suverenliyin təmin olunması baxımından diqqət çəkir. Qazaxıstanda Kasım-Jomart Tokayev hakimiyyəti xarici maliyyə mərkəzlərinin təsiri ilə formalaşmış QHT və media strukturlarını ciddi şəkildə nəzarətə götürüb. Artıq cari ilin may ayında bu ölkədə qeyri-hökumət təşkilatları (QHT) sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib ki, hazırda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət, koordinasiya və dəstək məsələlərinə cavabdeh orqan tərəfindən QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və Qazaxıstan Respublikasının "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır.

Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Qazaxıstanda USAID-in nümayəndəliyinin bağlanması ilə bağlı da petisiya başladılıb. Petisiya ölkədə xarici fondların və təşkilatların ictimai-siyasi proseslərə təsiri ilə bağlı son müzakirələr fonunda meydana çıxıb. Yəni, Astana da milli təhlükəsizlik məsələsini ideoloji planda da prioritet sayır.

Bu istiqamətdə ölkə prezidenti Qasım Comərd-Tokayevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə səsləndirdiyi fikirlər xüsusi ilə diqqət çəkir:

"Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə üzrə 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramının qəbul edilməsi zəruridir".

Özbəkistanda isə Prezident Şavkat Mirziyoyev köhnə sovet nomenklaturasının və Rusiyaya bağlı məmur qruplarının sistemdən uzaqlaşdırılması ilə ölkənin milli idarəçilik modelini yenidən formalaşdırıb. Eyni zamanda, radikal şəbəkələrin neytrallaşdırılması da dövlətin ideoloji müstəqilliyini gücləndirib.

Əbəs deyil ki, prezident Mirziyoyev ölkəsinin istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensial və güclərinin olduğunu deyib.

Çin: Kiber suverenliyin institusionallaşması

Çin isə bu sahədə fərqli, amma sistemli yanaşma sərgiləyir. Pekin artıq bir neçə ildir ki, "kiber suverenlik" konsepsiyasını dövlət siyasətinə çevirib. Bu konsepsiyaya əsasən, ölkə daxilində yayılan bütün rəqəmsal məlumatların təhlükəsizliyi dövlətin birbaşa nəzarətindədir. Bu model, bəzən Qərbdə sərt üsul kimi dəyərləndirilsə də, əslində milli ideoloji sərhədlərin qorunması baxımından effektiv mexanizmdir. Təsadüfi deyil ki, Çinin sədri Si Cinpin onlayn məlumatların qorunması üçün son çağırışında ölkənin hakim Kommunist partiyasının nəzarəti altında internet ətrafında "möhkəm" təhlükəsizlik maneəsinin yaradılması zərurətini vurğulayıb:

"Biz Kommunist partiyasının internetlə bağlı idarəçiliyinə riayət və internetin insanlar üçün işləməsi prinsipinə əməl etməliyik".

Gürcüstan: Siyasi təmizlənmənin sərhədləri

Gürcüstan hökumətinin bu istiqamətdə atdığı ən mühüm addım kimi ötən il qüvvəyə minən "Xarici təsirin şəffaflığı haqqında" Qanunu misal göstərmək olar. Sənəd xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də jurnalistlərə açıqlamalarının birində deyib ki,

Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar:

"Gürcüstanda etiraz əhvalı yoxdur".

Bu addımlar göstərir ki, Cənubi Qafqazda da dövlətlərin əsas hədəfi artıq yalnız iqtisadi sabitlik deyil, ideoloji təhlükəsizlik və informasiya müstəqilliyidir.

Azərbaycan: xalq-iqtidar birliyi

Azərbaycan bu proseslərin fonunda fərqlənən ölkədir. Xalq-iqtidar birliyi, milli həmrəylik və 44 günlük Vətən müharibəsi zamanı nümayiş olunan mütəşəkkillik ölkəmizi həm siyasi, həm də ideoloji baxımdan gücləndirib. Lakin Ramiz Mehdiyev hadisəsi göstərdi ki, bəzi daxili qruplar və xaricdən yönləndirilən mərkəzlər bu birliyi sarsıtmaq üçün fürsət axtarır. 1990-cı illərdən bəri radikal müxalifətin fəaliyyəti də bu ehtimalları artırır. Həmin qüvvələr gah Moskvanın, gah Tehranın, gah da Qərbin maraqlarına xidmət edərək milli dövlətçilik ideyasına qarşı çıxıblar. Üstəlik, müharibə dövründə sosial mediada aparılan dezinformasiya kampaniyaları, "novarçı" qrupların bu təbliğata qoşulması hamısı eyni mərkəzdən idarə olunan ideoloji diversiya elementləridir.

Bu mövzuda dəfələrlə fikirlərini bildirən Prezident İlham Əliyevin daha bir mövqeyinə, Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsindəki fikirlərinə nəzər salaq:

"Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil".

Bir sözlə, təhlükəsizlik milli məsələ olduğu üçün, onu qorumaq da zəruridir. Bu gün dövlətlər üçün prioritet təkcə iqtisadi sabitlik deyil, həm də ideoloji təhlükəsizlikdir. Azərbaycanın da qarşısında duran əsas vəzifə yalnız təxribatlara cavab vermək deyil, həm də qabaqlayıcı və adekvat addımlar atmaqdır.

Həm iqtisadi, həm diplomatik, həm hərbi güc, eləcə də xalqla dövlətin birliyi qorunduğu müddətdə, nə daxildəki "5-ci kolon", nə də xarici ideoloji mərkəzlər Azərbaycan dövlətçiliyinə zərər vura bilməyəcək. Çünki müasir dövrdə ideoloji sərhədlərin qorunması mövcudluğun, stabilliyin qorunması deməkdir.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see194

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see123

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri