Təhlükəsizlik hamının haqqıdır, amma bu haqqdan hər zaman güclülər yararlanır
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa ünvanladığı müraciətdə bir sıra məqamlarla yanaşı, təhlükəsizlik məsələsinə də diqqət çəkib, təhlükəsizliyin təmini üçün ordumuzun gücünün daim artırılmasının vacibliyinə toxunub. Dövlət başçısı açıq şəkildə bildirib ki, beynəlxalq hüquq normalarının işləmədiyi bir dünyada yaşadığımız üçün ancaq özümüzə, ordumuzun gücünə arxalana bilərik:
“Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”,
Şübhəsiz, təhlükəsizlik hamının haqqıdır. Amma müair dünyamızda bu haqdan ancaq güclülər faydalana bilir. Qalan dövlətlərin, xalqların isə bu təməl hüquqdan istifadə imkanları yoxdur. Beynəlxalq hüququn faktiki çöküşü, güc amilinin bütün münasibətlərdə həlledici faktor kimi önə çıxması onları bu əzəli, fundamental hüquqdan məhrum edir. Onların toxunulmazlıq statusunun qurban statusu ilə əvəzlənməsi an məsələsidir və bu an hər saniyə reallaşa bilər.
Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ordumuzun gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyur, bunun üçün bütün imkanlardan istifadənin vacibliyini vurğulayır. Çünki Azərbaycan torpaqlarının 30 illik işğal tarixi və 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, artıq haqlı olmaq özlüyündə heç nəyi dəyişmir. Sadəcə haqlı olmaq beynəlxalq birliyin praktiki dəstəyini təmin etmək, problemi beynəlxalq hüquq və ədalətə söykənərək həll etmək üçün yetərsizdir. Təhlükəsizliklə bağlı istənilən problemin həlli konkret güc tələb edir ki, bunsuz nəyəsə nail olmaq imkansızdır.
Bütün bunlar Azərbaycan dövlətinin Silahlı Qüvvələrin inişafı üçün atdığı hər bir addımın, xərclədiyi hər manatın nə qədər önəmli olduğunu göstərir. Mövcud reallıqların təhlili sübut edir ki, bu gün hər bir dövlət kimi Azərbaycanın da təhlükəsizliyinin yeganə qarantı ordusudur və nə qədər ki, bu ordu öz gücünə güc qatmaqda davam edir, sərhədlərimiz də, həyatımız da toxunulmaz qalmaqda davam edəcək.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















