Icma.az
close
up
RU
Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?

Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmə xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.
Ali Məhkəmədən “Qafqazinfo”ya bildirilib ki, işin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə “təhqir” və “böhtan” kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb.
Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.
Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib.
Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən, onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.
Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Ali Məhkəməyə göndərilib.
Ali Məhkəmənin mövqeyinə əsasən, qanunvericiliklə şəxsin yaşayış yerinin, yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə müvafiq olaraq, hazırkı material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.
Odur ki, Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see135

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see120

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see119

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see117

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see116

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see116

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see113

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see113

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri