Tehran Ağ Evə heç bir mesaj göndərməyib İranın Təhlükəsizlik Şurasının katibi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran ABŞ-a Vaşinqtondan İrana qarşı sanksiyaları ləğv etməsini tələb edən heç bir mesaj göndərməyib.
Ölkə.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Noyabrın 7-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran Vaşinqtondan ABŞ-ın İrana qarşı sanksiyalarını ləğv etməyi xahiş edir və ABŞ administrasiyası İran hakimiyyətini dinləməyə hazırdır.
"ABŞ-dan heç bir mesaj yox idi, lakin iranlılar həmişə sanksiyaların qaldırılmasını istəyirlər. Kimsə deyə bilərmi ki, biz sanksiyalar istəyirik?", - Laricanı qeyd edib.
Laricani əlavə edib ki, hökumətin bütün hərəkətləri anti-İran sanksiyalarının aradan qaldırılmasına yönəlib: “Lakin bundan əvvəl ABŞ-la 12 günlük müharibə və İranın nüvə obyektlərinin bombalanması ilə başa çatan danışıqlar cəhdi olduğu üçün diplomatik kanallarla heç bir siqnal göndərilməyib”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 10 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















