Icma.az
close
up
RU
Tehran Kremldən dəstək istəyir: Putin Trampla münasibətləri pozmağı gözə alacaqmı?

Tehran Kremldən dəstək istəyir: Putin Trampla münasibətləri pozmağı gözə alacaqmı?

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin ali dini lideri Əli Xamaneyinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya gedib. Məktubun mətni açıqlanmasa da, aydındır ki, Əli Xamaneyi Putindən İrana dəstəyin artırılmasını istəyib. Tehranın Moskvadan bir neçə gözləntisi var. Birincisi, Tehran Rusiyanın beynəlxalq təşkilarlarda ABŞ və İsrailə qarşı təzyiqin artıracağına ümid edir. İkincisi, Tehran yanvarda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq çərçivəsində Rusiyanın İrana hərbi dəstəyini artırmasını istəyir.

Tehranın Rusiyadan olan gözləntilərinin reallaşması problematikdir. Əlbəttə, Rusiya Çinlə birlikdə BMT-də ABŞ və İsrailin İrana qarşı hücumlarını dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürəcək. Ancaq Kreml bundan artığını İran üçün etməyəcək. BMT-nin İrana qarşı hərbi əməliyyatı qınayan mümkün qətnamələri İsraili və ABŞ-ı dayandıran deyil. Rusiya ABŞ və İsraillə savaşmaq üçün İrana raketlər və digər hərbi texnika verməyəcək. Çünki, birincisi, ABŞ və İsrail həmin texnikanı İrana çatdırılma yolunda vuracaq. Digər tərəfdən Vladimir Putin amerikalı həmkarı Donlad Trampla Ukrayna mövzusunda dialoq içindədirlər. Putin Trampın mövqeyindən məmnundur. Ona görə də Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq.

Bu arada, əsas müzakirə mövzularından biri İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağıdır. Tehran boğazı bağlayarsa, bundan ilk növbədə İran zərər görəcək. Çünki, İran iqtisadiyyatı enerji daşıyıcılarının satşı üzərində qurulub, bu ölkə neftinin əksər hissəsini məhz Hörmüz boğazı üzərindən müxtəlif ölkələrə satır. İran Hörmüz boğazını qapadarsa, gülləni öz ayağına vuracaq.

İran neftinin əsas alıcısı olan Çin də Hörmüz boğazının qapadılmasının əleyhinədir. Təsadüfi deyil ki, Çin və İran xarici işlər nazirləri Van İ və Abbaz Araqçı telefon danışığında Hörmüz boğazıyla bağlı mövzunu müzakirə ediblər. Hörmüz boğazının Çin üçün həyati əhəmiyyətli olduğunu Vaşinqton da anlayır. ABŞ dövlət katibi Marko Rubio Pekinə müraciət edərək Hörmüz boğazıyla bağlı Çinin İrana təsir etməsini istəyib. Pekin Hörmüz boğazının bağlanması ehtimalını hesablamaq məcburiyyətindədir. Bu halda Çin İran və Körfəz ölkələrinin neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində qalacaq. Bunu isə qısa müddətdə reallaşdırmaq asan olmayacaq.

Vaşinqton Hörmüz boğazının bağlanmasının böyük qarşıdurmaya səbəb olacağıyla bağlı Tehrana birbaşa mesaj da göndərib. Avropa İttifaqından da oxşar açıqlama yayımlanıb. Həqiqətən Hörmüz boğazının bağlanması bir çox dövlətin maraqlarına toxunacaq. Bu isə İrana qarşı ABŞ-İsrail ittifaqına başqa dövlətlərin qoşulmasına şərait yaradacaq.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 İyun 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri