Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranda internetə tətbiq olunan məhdudiyyətlər səbəbindən ölkədəki vəziyyət barədə məlumat toplamaq çətinləşib. Buna baxmayaraq, əldə olunan məlumatlara görə, Tehran və İsfahan kimi böyük şəhərlərdə küçələr xeyli səssizdir və gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.
Modern.az xəbər verir ki, BBC-yə danışan Tehran sakini bildirib ki, o, beş gündən sonra ilk dəfə evdən çıxaraq hökumət binalarının yerləşdiyi Neft küçəsinə gedib.
Onun sözlərinə görə, normalda sıx tıxac səbəbindən iki saat çəkən yolu bu dəfə çox qısa müddətdə qət edib.
Adının açıqlanmasını istəməyən sakin şəhərdə təhlükəsizlik qüvvələrinin nəzarət məntəqələri qurduğunu, adətən kafelərlə dolu olan İranşəhr küçəsinin isə demək olar ki, tam boş qaldığını deyib.
Digər bir Tehran sakini isə şəhərdəki atmosferi pandemiya dövrünə bənzədib. Onun sözlərinə görə, insanlar qorxu və qeyri-müəyyənlik içində yaşayır, lakin eyni zamanda vəziyyətin gec-tez bitəcəyinə və həyatın yenidən normallaşacağına ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:225
Bu xəbər 05 Mart 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















