Icma.az
close
up
RU
“Orlovka” ya PUA hücumunun pərdəarxası...

“Orlovka” ya PUA hücumunun pərdəarxası...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskvanı təhdid edir? 

Avqustun 6-da Rusiya ordusu Ukraynanın Odessavilayətində bir sıra mühüm obyektlərə kütləvi PUA və qanadlıraket hücumları həyata keçirib. Ukrayna KİV-lərininməlumatına görə, Rumıniya-Ukrayna sərhədi yaxınlığındaölkənin qaz tədarükünü təmin edən obyektlərdən biri “Orlovka” qaz-kompressor stansiyası da hücuma məruz qalıb. Hücumnəticəsində stansiya qismən sıradan çıxıb. Sözügedənkompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsiləYunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarınıUkraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsindəistifadə olunur - Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindənkeçən bu marşrut Azərbaycan qazını Ukraynanın daxili bazarınaötürməyə imkan verir. Qeyd edək ki, ötən ayın sonundaUkraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti iləAzərbaycanın SOCAR şirkəti arasında qaz alqı-satqısına dair ilkmüqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan qazıBolqarıstan-Rumıniya qaz kəməri vasitəsilə Ukraynaya nəqlolunmalıdır. Bu pilot layihə Ukraynanın enerji təhlükəsizliyindəönəmli strateji addım kimi qiymətləndirilir. Hücum zamanısıradan çıxarılan “Orlovka” stansiyası Ukrayna ilə yanaşı, Trans-Balkan regionu üçün də xüsusi əhəmiyyət kəsb edir. Qərbekspertləri hesab edirlər ki, hücumun nəticələri həm Ukraynanı, həm də Avropanı çətin duruma sala bilər. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, Moskva bu hücumu ilə Azərbaycan-Ukrayna enerji əlaqələrinə birbaşa təhlükə yaradıb. 

Rusiyadan xəbərdarlıq siqnalı

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “YeniAzərbaycan” qəzetinə şərhində qeyd edib ki, Rusiya bu hərəkətiilə Azərbaycana xəbərdarlıq etsə də, öz məqsədinə nail olabilməyəcək. “2022-ci ilin fevralında müharibə başlayandan bəriRusiya Ukraynada strateji əhəmiyyət daşıyan obyektlərə, xüsusilə enerji infrastrukturuna - təbii qaz-kompressorstansiyalarına, neft emal edən zavodlara və neft-qaz kəmərlərinəPUA və raket zərbələri endirir. Əsas məqsəd isə Ukraynanıenerji resurslarından və enerji mənbələrindən məhrum etməkdir. İki gün bundan öncə “Orlovka” təbii qaz-kompressorstansiyasına hücum məhz bu məqsədə xidmət edir. Digərtərəfdən isə Rusiyanın son hücumu Azərbaycana xəbərdarlıqdır. Yəni Moskva Bakıya mesaj göndərir ki, Ukraynanın bütünenerji obyektləri onun hədəfindədir. İstənilən halda Odessadabaş verən son hadisə Azərbaycan üçün xoş hal deyil. Bu, Azərbaycanın mənafeyinə zərbədir. Moskvanın bu cür davranışsərgiləməsi qəbuedilməzdir. Amma Moskva nə qədər çalışsa da, Azərbaycan qazının Ukraynaya nəqlinə mane ola bilməyəcək. Azərbaycan, həmçinin Rumıniya və Avropanın bir sıraölkələrinə də qaz nəql edir,”- deyə Ə.İbrahimov bildirib.  

Kreml nədən

narahatdır? 

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Azərbaycanın nailiyyətləri və Cənubi Qafqazda baş verən sonproseslər Kremli ciddi şəkildə narahat edir. “Ukraynanın enerjitəchizatında mühüm rol oynayan “Orlovka” stansiyasınahücumun arxasında bir sıra səbəblər dayanır. Birincisi, on-on ikigün bundan öncə Azərbaycan ilə Ukrayna arasında qaz alqı-satqısına dair ilk müqavilə imzalanıb. Bu müqaviləyə görə, Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin siyahısınaUkrayna da daxil oldu. Azərbaycan qazı “Orlovka” qazstansiyası vasitəsilə Ukraynanın daxil bazarına ötürülməsinəzərdə tutulub. Təbii ki, Azərbaycanın bu müvəfəqiyyətiKremli qəzəbləndirməyə bilməz. Moskvanı son hücuma təhrikedən ikinci səbəb isə Cənubi Qafqazda sülh və təhlükəsizliyinbərqərar olunması istiqamətində atılan addımlar, xüsusilə dəAzərbaycan-Ermənistan sülh prosesinin müsbət məcrada davametməsidir. Xarici KİV-in məlumatlarına görə, avqustun 8-dəVaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı iləAzərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziriNikol Paşinyanın görüşü gözlənilir. Görüş ərəfəsində belə birhadisənin baş verməsi təsadüf ola bilməz. Bu, məqsədyönlüşəkildə törədilən bir hadisədir. Bu, regional təhlükəsizliyə qarşıciddi bir təhdiddir”, - deyə İ.Hüseynov əlavə edib ki, Moskva bucür addımlarla heç bir geosiyasi üstünlük əldə edə bilməyəcək: “Artıq Cənubi Qafqazda tam sabitliyin və təhlükəsizliyin təminolunması üçün qəti mövqe sərgilənir. bu-Dabidə baş tutan songörüş çox konstruktiv keçib. Sülh üçün imkanlar yaranıb və buimkanlardan istifadə etmək lazımdır”. 

Ucuz təhdid

Beynəlxalq Münasibətlər və Diplomatiya AraşdırmalarıMərkəzinin rəhbəri, politoloq Samir Hümbətov hesab edir ki, Rusiyanın “Orlovka” stansiyasına dron və raket hücumu həmAzərbaycanı, həm də Ukraynanı təhdid etmək xarakteri daşıyır. “Moskva bu hücumu ilə Bakı və Kiyevə mesaj göndərir ki, o, Azərbaycan və Ukraynanın daha da yaxınlaşmasına, iki ölkəarasında enerji əlaqələrinin inkişafına imkan verməyəcək. Əslində, bunun özü bizim üçün müsbət bir haldır. Çünki kiminkim olduğunu görmüş olduq. Moskva Azərbaycanla imzaladığımüttəfiqlik müqaviləsinə hörmət etmir və açıq şəkildə özqəzəbini və nifrətini büruzə verir. Amma Moskva nə qədərtəzyiqlərə əl atsa da, Azərbaycan Ukrayna ilə münasibətləriniKremlin istəklərinə və arzularına uyğun yönəltməyəcək. Azərbaycanın öz müstəqil xarici siyasət strategiyası var və bustrategiya bundan sonra da davam edəcək. Azərbaycanın Trans-Balkan marşrutu ilə Ukraynaya təbii qaz nəql etməyə başlamasıyüksək səviyyəli ikitərəfli münasibətlərin göstəricisidir. Moskvaöz ucuz təhdidləri ilə Azərbaycan-Ukrayna enerji əlaqələrinəzərbə vura bilməyəcək”.

Yunis ABDULLAYEV  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri