Icma.az
close
up
RU
Tehran və Maskat arasında əldə olunan anlaşmanın YENİ DETALLARI

Tehran və Maskat arasında əldə olunan anlaşmanın YENİ DETALLARI

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, “Mehr” xəbər agentliyinə danışan məlumatlı mənbə Tehran və Maskat arasında əldə olunan anlaşma ilə bağlı yeni detalları açıqlayıb.

Mənbənin sözlərinə görə, anlaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrut və gəmi hərəkətinin təşkili ilə bağlı detallarla tanış olmaq, həmçinin buna etiraz etmədiklərini beynəlxalq ictimaiyyətə dolayısı ilə nümayiş etdirmək məqsədilə toplantıda iştirak edəcəklər.

Anlaşma çərçivəsində İran və Oman arasında Hörmüz boğazından giriş və çıxış üçün nəzərdə tutulan yeni marşrutların detalları və xüsusiyyətləri ilə bağlı razılıq əldə olunub.

Bildirilib ki, Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun isə bir hissəsi İranın ərazi sularında yerləşir.

Mənbənin sözlərinə görə, bu marşrut üzrə hərəkət İranın müəyyən etdiyi qaydalar əsasında həyata keçiriləcək. Yeni marşrut tətbiq edildikdən sonra ABŞ-ın açılmasında israr etdiyi və son gərginliyin əsas səbəblərindən biri hesab olunan cənub marşrutu bağlanacaq.

Toplantıda İran və Omanla yanaşı, Fars körfəzinə sahili olan digər ölkələrin, eləcə də İraqın iştirakı nəzərdə tutulur.

Mənbə xüsusi vurğulayıb ki, əldə olunan anlaşma Hörmüz boğazının açılması demək deyil.

Onun sözlərinə görə, İran boğazın açılması üçün irəli sürdüyü yeddi şərti vasitəçilər vasitəsilə ABŞ tərəfinə çatdırıb. İran İslam Respublikasının ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən həmin yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Mənbə əlavə edib ki, İran və Oman arasında əldə olunan anlaşma boğazın dərhal açılmasını deyil, onun açılacağı təqdirdə gəmi hərəkətinin məhz bu razılaşma əsasında təşkil olunmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu, İranın Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməsi baxımından mühüm addım olacaq.

Mənbə qeyd edib ki, Hörmüz boğazının açılıb-açılmaması ABŞ tərəfinin İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsi istiqamətində atacağı addımlardan asılıdır.(APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Sentyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri