Tehranda binada partlayış 4 yaralı var
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın paytaxtı Tehranın Çitgar məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Milli.Az xəbər verir ki, baş verən qaz partlayışı nəticəsində azı dörd nəfər xəsarət alıb. Bu barədə dövlət mediası məlumat yayıb.
Hadisə Çitgar rayonunda yerləşən Pamçal qülləsinin mərtəbələrindən birində baş verib. Tehran Yanğından Mühafizə İdarəsi bildirib ki, partlayış bir mənzildə ciddi ziyan yaradıb və qonşu mənzilə də təsir edib.
Partlayışdan dərhal sonra hadisənin nəticələrini əks etdirən videolar sosial şəbəkələrdə yayılmağa başlayıb.
Sosial şəbəkə istifadəçilərindən bəziləri partlayışın İran Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına aid olduğu bildirilən və yerli əhali arasında "Məhkəmə Qülləsi" kimi tanınan binada baş verdiyini iddia ediblər. Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Rəsmi açıqlamalarda da həmin ad çəkilməyib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 İyul 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















