Tehranda nələr baş verir? Məktəblər bağlandı, mobil rabitədə problemlər yarandı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın paytaxtı Tehranda baş verən bir sıra qeyri-adi hadisələr ölkənin mümkün hərbi qarşıdurmaya hazırlaşdığı barədə narahatlıqları artırıb. Məktəblərin qəfil bağlanması, rabitə və elektrik kəsintiləri, təcili yardım dəstlərinin paylanması diqqət çəkir.
Moderator.az “Maariv” nəşrinə istinadla xəbər verir ki, Yaxın Şərq üzrə analitik Orit Perlov Tehranda müşahidə olunan bu hadisələr barədə məlumat yayıb.
Bildirilir ki, son iki ay ərzində paytaxtın müxtəlif məktəblərində dərslər dəfələrlə qəfil dayandırılıb. Bəzi şagirdlərə yaxınlaşan hərbi əməliyyat təhlükəsi barədə xəbərdarlıq edildiyi, valideynlərdən isə uşaqlarını məktəbdən götürmələri istənildiyi iddia olunur.
Bundan başqa, İranın əsas mobil operatorları “Hamrah-e Aval” və “Irancell” şəbəkələrində fasilələr qeydə alınıb. Bəzi ərazilərdə rabitə bir neçə dəqiqə, digərlərində isə daha uzun müddət işləməyib.
Məlumata görə, dövlət qurumlarına fövqəladə hallar üçün nəzərdə tutulan ilk yardım dəstləri paylanır. Uzaqdan işləmək imkanı olan əməkdaşlara həftədə ən azı iki gün evdən işləmək tövsiyə edildiyi də bildirilir.
Tehranda, xüsusilə İranın ali rəhbərinin iqamətgahı yaxınlığında elektrik kəsintiləri barədə də məlumatlar yayılıb. Paytaxt sakinləri isə küçələrdə təcili yardım və xilasetmə avtomobillərinin sayının artdığını bildirirlər.
Bununla belə, sadalanan hadisələrin mümkün hərbi əməliyyata hazırlıqla birbaşa bağlı olduğunu təsdiqləyən rəsmi açıqlama və müstəqil sübut təqdim edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Noyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















