Tehrandan açıqlama: İran bu ərazidən keçənlərdən pul alacaq
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Yekun razılaşma əldə olunsa və bu razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, o, yenə də etibarlı deyil”, - M.B.Qalibaf bildirib.
Parlament sədri vurğulayıb ki, ABŞ ilə əldə edilən razılaşmadan sonra Hörmüz boğazında yeni bir dövr başlayıb: “Müharibənin ortasında mən “Hörmüz boğazı heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq” deyə bir bəyanat verdim. Bu gün də eyni fikri bölüşürəm.
Biz beynəlxalq hüquq çərçivəsində hərəkət edəcəyik. Beynəlxalq hüquqa görə, boğazlarla həmsərhəd ölkələrin həm hüquqları, həm də öhdəlikləri var. Bu hüquqlardan biri də ölkələrin göstərdikləri xidmətlər üçün haqq almasıdır”, - M.B.Qalibaf vurğulayıb.
Vaşinqtonla anlaşmanın imzalanmasına gəldikdə İran qanunverici orqanın rəhbəri bildirib ki, ABŞ və İsraili məğlub ediblər:
“Mən diplomatiyanı döyüşçü ruhu ilə aparıram. Danışıqlar yolu ilə hərbi əməliyyatlar vasitəsilə əldə etmək istədiyimizdən daha çox şeyə nail olduq. Müharibəni qazandıq və qazanclar danışıqlar yolu ilə formalaşacaq”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 18 İyun 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















