Tehrandan ərəb ölkələrinə “müharibə hesabı” KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani Qətər, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniyadan İrana qarşı aparılan ABŞ-İsrail müharibəsində oynadıqları rola görə təzminat tələb edib. İranın dövlət telekanalı “Press TV”nin məlumatına görə, diplomat bu tələbi BMT-yə ünvanladığı müraciətində səsləndirib.
KONKRET.az xəbər verir ki, İravani bəyanatında beynəlxalq hüquqa zidd hərəkətləri ilə ABŞ və İsrail rejiminin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzündə payı olan bütün dövlətlərin məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb. O, rəsmi Tehranın bu məsələdə mövqeyinin dəqiq və dəyişməz olduğunu bildirib.
Məlumatda qeyd olunur ki, İran tərəfi sözügedən ərəb dövlətlərindən ölkəyə dəymiş bütün maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Bu bəyanat regionda onsuz da gərgin olan diplomatik münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















