Tehrandan kütləvi qaçış başladı
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Tehrana endirdiyi hava zərbələrindən sonra minlərlə insan şəhəri tərk etməyə başlayıb.
News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrdə qaçan ailələr, toz-duman içində yürüyən insanlar və uşaq daşıyan valideynlər əks olunub.
İran hökuməti metro stansiyaları və yeraltı avtodayanacaqları müvəqqəti sığınacaq elan edib. Bələdiyyə sədri Çamran bildirib ki, şəhərdə sığınacaqlar yoxdur, insanları tunellərə və bodrumlara yönləndirilir.
Hücumlar əsasən Tehranın sıx bölgələri – Təcriş, Vəliəsr və Qüds meydanı ətrafında baş verib. Qüds meydanına zərbə yaxınlıqdakı Şühəda xəstəxanasına qədər təsir edib.
Şəhərdə elektrik kəsintiləri və panika müşahidə olunur. Rəsmilər əhalini kütləvi yerlərdən uzaq durmağa çağırır.
Səma Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















