Tehranın Ağ Evdən tələbi: Zəmanət istəyirik
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Tehran ABŞ-İran nüvə danışıqları ilə bağlı Ağ Evin təkliflərinə cavab hazırlayır.
Ölkə.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazir deyib ki, İran Oman vasitəsilə ABŞ-nin müzakirəçiləri tərəfindən çatdırılan nüvə nizamlanması təklifinə cavab hazırlayır.
Tehran Ağ Evə cavabında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vaşinqtondan zəmanət istəyəcək.
İran XİN-nin sözçüsü Esmail Bakayi isə məsələ ilə bağlı açıqlamasında deyib: “Biz sanksiyaların faktiki olaraq ləğv ediləcəyinə dair təminat almaq istəyirik”.
Xatırladaq ki, İran və ABŞ aprelin 12-dən Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün beş raund danışıqlar baş tutub.
Mürtəza
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















