Icma.az
close
up
RU
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tehranın əhalisinin əhəmiyyətli bir hissəsinin azərbaycanlıların təşkil etməsi isə yeni mövzu deyil.

1977-1982-ci illərdə SSRİ-nin İranda fövqəladə və səlahiyyətli səfiri olmuş Vladimir Vinoqradov 1987-ci ildə yazdığı “Şahdan Xomeyniyə” adlı məqaləsində səfir olduğu vaxt Tehranda bir milyon yarım azərbaycanlı yaşadığını qeyd edir. 1976-cı il siyahıyaalınmasına görə, Tehranın əhalisi təxminən 4,49 milyon nəfər olub. Həmin dövrdə İranın əhalisi də təxminən 33-34 milyon idi.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, Vinoqradovla eyni dövrdə sovet kəşfiyyatının İrandakı rezidenti olmuş Leonid Şebarşin “Moskvanın əli. Xarici kəşfiyyat rəisinin qeydləri” kitabında Tehranda böyük azərbaycanlı icmasının olmasını İslam İnqilabının gerçəkləşməsini təmin edən əsas amillərdən biri olaraq vurğulayır:

“Vinoqradov və Şebarşinin bəhs etdiyi dövr Azərbaycan türklərinin heç də hamısının milli mənsubiyyətini dərk etdiyi dövr deyildi. Hətta bu gün də İranda yaşayan bütün soydaşlarımızın milli kimliyini dərk etdiyini söyləmək olmaz. Bu mənada 2010-cu ildə İranda keçirilmiş “Ölkənin ümumi mədəniyyət göstəricilərinin öyrənilməsi və ölçülməsi layihəsi”nin nəticələrini mübahisəsiz qəbul etmək çətindir. Həmin layihə çərçivəsində 2010-cu ildə Tehran əyalətinin ana dilinə əsasən etnik tərkibi ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, Tehranın əhalisinin 41.10 faizini fars dilini ana dili hesab edənlər, 34.50 faizini türk dilini ana dili hesab Azərbaycan türkləri təşkil edir. Heç şübhəsiz ki, fars dilinin dövlət dili olduğu totalitar bir ölkənin paytaxtında yaşayan azərbaycanlıların heç də hamısı ana dilinin Azərbaycan (türkçəsi) dili olduğunu ifadə etməyib. Xüsusilə, dini, hərbi və mülki bürokratiyada təmsil olunan azərbaycanlıların bir qisminin öz ana dilləri kimi fars dilini göstərmələri mümkündür. Digər tərəfdən ana dilinin hansı dil olduğunu göstərməyənlərin çox böyük hissəsinin məhz azərbaycanlılar olduğunu ehtimal etmək də çətin deyil. Totalitar bir dövlətdə belə hallar həmişə və dünyanın hər yerində müşahidə olunur.

Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi “İranın müasir etno-mədəni mənzərəsi” adlı məqaləsində belə yazır: “Əlbəttə ki, Tehran əhalisinin marginallaşdırıldıgını bilirik. Ölkənin paytaxtı olaraq Qacarlar zamanından bu şəhər “ərbablar” və “nökərlər” şəhəri sayılır. Hətta nökər olmaq üçün də fars dilini ləhcəsiz bilməli və danışmalısan. Tehranda çox sayda türk və kürd ailələri özlərini fars olaraq təqdim edib, hətta qohum və yaxınları ilə görüşəndə belə ana dilində danışmayıb ki, “səviyyəsi” aşagı düşər. Belə tehranlıların övladları indi bir azərbaycanlı ilə rastlaşanda nostalji ilə “pedəre bozorge mən həm tork bude...” (mənim də babam türk olub) deyir”.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Tehranda azərbaycanlılar azlıq deyil, çoxluq təşkil edirlər. Bu mənada Tehran əyalətinin 15 milyona çatan əhalisinin 8.5 milyonunu azərbaycanlıların təşkil etməsi haqqında Pərviz Kaziminin məlumatını gerçəkliyə daha yaxın hesab edirəm. Ancaq hətta 15 milyonun yarısını soydaşlarımız təşkil edirsə, bu artıq bizi ciddi düşünməyə vadar etməlidir. Ona görə də Güney Azərbaycanın istiqlalından danışarkən Tehranı unutmaq fəlakətli səhv olar.

Tehran Güney Azərbaycanın bir parçasıdır!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri