Icma.az
close
up
RU
SON DƏQİQƏ: İran müharibədə təkləndi: Tehranın “şiə oxu” da DAŞA DƏYDİ KONKRET

SON DƏQİQƏ: İran müharibədə təkləndi: Tehranın “şiə oxu” da DAŞA DƏYDİ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İrana hücum fonunda III Dünya müharibəsinin başlanacağı haqda fikirlər irəli sürülsə də, bunun olması ehtimalı zəifdir. Dünya müharibəsinin baş verməsi üçün ittifaq ölkələrin üz-üzə dayanması lazımdır. Ancaq bu müharibədə ABŞ-İsrail cəbhəsi qarşısında rejimdən savayı heç bir qüvvə dayanmır, hətta İran daxilində belə monolit mövqe yoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:

– Rusiya üçün İranın hədəf seçilməsi həm bütün diqqətin apardığı mühatibədən yayınması, həm də Ukrayna məsələsində bazarlıq imkanlarının artması baxımından sərfəlidir.

– Çin özünün iştirak etmədiyi heç bir münaqişəyə praktiki olaraq qoşulmaq niyyətində deyil, xüsusilə iqtisadi planları fonunda. İran müharibəsi Pekin üçün iki şans da yarada bilər.

1. ABŞ-ın resurslarını bura yönəltməsi nəticəsində Çinin ətrafında müəyyən sakitlik yaranır;
2. İran ABŞ üçün uzunmüddətli problemə çevrilə bilər;

– İrana hücumu geosiyasi maraqlarına uyğun hesab etməyən Avropa zəif mövqeyi ilə proseslərin inkişafını dəyişdirə bilməyəcəyi üçün ABŞ-ın ətrafında qərarlaşıb;

– Pakistan İrana hücumu pislədə də, “İsrailə nüvə hücumu edəcək” iddialarını təkzib edib: İslamabadın Tehrana dəstəyi ritorik müstəvidədir;

– Körfəz ölkələri regionda proksi qüvvələri bəsləyən İranın düşdüyü vəziyyətdən məmnundur, bu həm də İslam dünyasında liderlik amili baxımından onlara sərfəli görünür;

– Regionda həlledici oyunçu olan Türkiyə həm NATO üzvü kimi, həm də regional maraqları fonunda müharibəyə müdaxilə etmək niyyətində deyil. Belə bir perspektivin yaranması ehtimalı da görünmür. Ankara problemin masada həll olunması ideyasının lokomotivi rolunda çıxış edir;

Mövcud mənzərədə İran rejimi təklənmiş vəziyyətdədir. İran cəbhəsində yer ala biləcək qüvvələr yalnız ciddi şəkildə zəifləyən proksi qüvvələr olacaq. Eyni zamanda, Tehran “şiə oxu” adlandırdığı coğrafiyaya müəyyən ümidlər bəsləyir. Hərçənd, bu coğrafiyada da artıq İrana arxa çevirənlər, tərk edənlər var. Müqtəda əs-Sədrin “İraq İran-İsrail müharibəsinə qarışmamalıdır” açıqlaması xüsusilə diqqət çəkir.

İranın hədəf seçilməsi bütün regional və geosiyasi oyunçular üçün bu və ya digər formada sərfəli görünür”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2025 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri