Təhsil bir adamın, bir müəllimin işi deyil Nazir
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Təhsil bir adamın, bir müəllimin işi deyil.
525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Daha təhsilli gələcək” devizi ilə keçirilən Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.
O qeyd edib ki, təhsil sistemi özünütənqid mövqeyində olmalıdır:
“Bizim sistemimiz özünütənqid şəklində olmalıdır. Bu, vacib mövqedir. Təhsilin əlçatan və keyfiyyətli olmasını nəzərə almalıyıq. Təhsil hər bir vətəndaş üçün eyni səviyyədə əlçatan olmalıdır. PISA nəticələrinə baxdıqda Bakıda nəticələrin çox yüksəldiyini görürük. Burada müəllimlərimizin çox böyük əziyyəti var”.
Nazir bildirib ki, hər bir müəllim ona ayrılan 45 dəqiqə ərzində şagirdlərə çatdırmalı olduğu məsələləri müəyyən etməlidir:
“Hər bir müəllimin işi ona ayrılan 45 dəqiqədə şagirdlərə dərs çatdırmaqdır. Bunu necə çatdırmaq müzakirə mövzusu ola bilər. Amma müəllim də, məktəb də əmin olmalıdır ki, şagird burada dərs öyrənir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















