Icma.az
close
up
RU
Təhsil ixtisasları üzrə işçi qrupunun üçüncü iclası keçirilib

Təhsil ixtisasları üzrə işçi qrupunun üçüncü iclası keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun üçüncü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Onlayn formatda keçirilən iclasda işçi qrupunun həmsədrləri - ADPU-nun rektoru Cəfər Cəfərov və “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək işçi qrupunun bu dövrədək məhsuldar işlədiyini və bütün maraqlı tərəflərin, həmçinin əmək bazarı nümayəndələrinin rəy və təkliflərinin diqqətə alındığını bildiriblər.

ADPU-nun tədris işləri üzrə prorektoru, işçi qrupunun üzvü Eldar Aslanov çıxışında magistratura səviyyəsində “7001001 - Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların yekun siyahısına Elm və Təhsil Nazirliyinin qeydlərinin müzakirəsi ilə bağlı məlumat verərək diqqətə çatdırıb ki, müvafiq qeydlər müzakirə olunaraq, yekun siyahıda ixtisaslaşmalrın adlarının, həmçinin yeni yaradılan və ləğv edilən ixtisaslaşmaların dəqiqləşdirilmiş variantı Komissiyaya təqdim olunmalıdır.

Eyni zamanda, “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının Çərçivə Sənədi” layihəsi haqqında Təhsil ixtisasları qrupu üzrə işçi qrupunun yekun rəy layihəsi qrupun müzakirəsinə təqdim edilib.

Müzakirələrin yekununda magistratura səviyyəsində “7001001 - Pedaqogika” ixtisası üzrə ixtisaslaşmaların yekun siyahısına edilən qeydlər əsasında müvafiq qərarlar qəbul olunub və siyahı Komissiyaya təqdim olunmaq üçün təsdiq edilib. Eləcə də “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramının Çərçivə Sənədi” layihəsi haqqında işçi qrupunun yekun rəyi qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri