Icma.az
close
up
RU
“Təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin” Günay Əfəndiyeva

“Təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin” Günay Əfəndiyeva

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycan və Türkiyə hökumətlərinin təhsil sahəsində əməkdaşlığına dair Sazişə Əlavə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi iki ölkənin qardaşlığının, yüksəksəviyyəli strateji tərəfdaşlığının məntiqi davamı olmaqla yanaşı, həm də ümumtürk inteqrasiyasına növbəti bir dəyərli töhfəsidir. Ötən əsrin sonunda Ulu Öndər, böyük Heydər Əliyevin uzaqgörənliklə etdiyi “Bir millət, iki dövlət” müdrik çağırışı dərin bir fəlsəfəyə çevrildi və sonra XXI əsrdə Prezidentin “Türk dünyası bizim ailəmizdir” ifadəsində daha da geniş vüsət aldı və inkişaf yolumuzun əsas istiqamətlərindən birini göstərdi.

Bu baxımdan Azərbaycan və Türkiyənin, eləcə də ölkəmizin bütövlükdə Türk dünyası ilə birgə təhsil təşəbbüsləri ümumilikdə regionun yüksəlişində önəmli rol oynayır.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O bildirib ki, Azərbaycanın Türk dünyası ilə qardaşlıq və təhsil sahəsində əməkdaşlıq əlaqələri bu gün Bakıda Azərbaycan–Türkiyə Universitetinin, Füzuli şəhərində Özbəkistanın Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Ağdamın Xıdırlı kəndində Qırğızıstanın “Ayköl Manas” məktəbinin, eləcə də Cəbrayıl rayonunda Macarıstanın dəstəyi ilə inşa edilən məktəbin fəaliyyəti ilə öz təsdiqini tapır.

“Bu təhsil ocaqları xalqlarımız arasında mənəvi və intellektual körpülərin qurulduğu, ortaq tarix, dil, mədəni dəyərlərə əsaslanan birgə baxış və həmrəylik mühitinin formalaşdırıldığı strateji platformalardır. Həmin təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin. Bu, tarixi bağlarımızı daha da möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq.

Növbəti ilə sayılı günlər qalır və məlumunuzdur ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ölkəmizdə geniş qeyd olunacaq.

Bir əsr öncə bu qurultayda iştirak edən görkəmli ziyalılar, alimlər Türk dünyasının bugünkü mənzərəsini — elm, təhsil, mədəniyyətdə sıx əməkdaşlıq edən, bir-birinə dayaq olan, ortaq gələcəyə inamla irəliləyən birliyi arzulayırdılar. Bu gün həmin arzular Azərbaycanın dövlət siyasətinin əsas prioritetləri sırasında konkret addımlarla və uğurlu nəticələrlə öz parlaq təcəssümünü tapır.

Müasir dövrdə Prezident bu tarixi missiyanı böyük siyasi-diplomatik məharətlə həyata keçirdi və ölkəmiz bu gün Türk dünyasının mühüm aparıcı sütunlarından biri kimi çıxış edir”,-deyə Günay Əfəndiyeva diqqətə çatdırıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri