Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Təhsil müəssisələrində ŞOKOLADLI TREND: Müəllimə verilən dəyər, yoxsa…

Təhsil müəssisələrində ŞOKOLADLI TREND: Müəllimə verilən dəyər, yoxsa…

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər istər ümumtəhsil müəssisələri, istərsə də ali təhsil məktəblərdə şagird və tələbələrin sevimli müəllimlərinə şirniyyat, şokolad vermələri ilə bağlı yeni trend başladılıb. Sosial şəbəkələrdə paylaşılan müxtəlif videolara yanaşmalar da birmənalı deyil. Bir çoxları bu cür videoların stresli iş mühitində xoşagələn olduğunu bildirsə də, bəziləri müəllimlərinin əllərini açaraq şirniyyat almalarını peşələrinə uyğun olmadığını qeyd edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Medianews.az-a açıqlamasında bunun gəncliyin trendi olduğunu qeyd edib.

Bildirib ki, gənclər belə vasitələrlə müəllimlərə öz sevgilərini, hörmətlərini göstərirlər: “Burada neqativ, qeyri-qanuni heç nə yoxdur. Əgər tələbə müəllimə şokolad verməklə öz sevgisini göstərirsə, deməli müəllim auditoriyada hörmət qazana bilib. Bu trend Azərbaycanda yaranmayıb, xaricdə başladılıb. Vaxtaşırı belə trendlər olur və Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün burada geniş yayılır”.

Bütün müəllimlərin sevilməyə layiq olduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, onların şagird və tələbənin formalaşmasında iştirakı əhəmiyyətlidir: “Pis-yaxşı müəllim yoxdur, hər biri sevilməyə layiqdir. Hesab edirəm ki, tələbənin bir müəllimə qarşı etdiyi bu jest əslində bütün müəllimlərə edilir”.

Təhsil eksperti Elçin Süleymanov deyib ki, şagirdlərin müəllimlərə, sevdikləri şəxsə dəyər vermələri müsbət addımdır.

Onun sözlərinə görə, xüsusilə məktəblərdə baş verən neqativ hallar fonunda müəllimlərin sevildiyini bildirən videoların paylaşılması təqdirəlayiqdir: “Müəllimlər bir gün yox, hər gün hörmətə, dəyərə layiq insanlardır. Çünki onların şagird və tələbələrin formalaşmasında zəhməti kifayət qədər böyükdür. Trend olan videolarda biz müəllimə verilən dəyəri, sevgini görürük. Lakin bunun süni yox, təbii olması daha yaxşıdır. Çünki müəllimlə şagird-tələbə arasında baryer aradan qaldırılmalıdır. Müəllim-tələbə boş vaxtlarda çay süfrəsi arxasında oturub gələcək karyera, təcrübə mövzusunda səmimi söhbət etməlidirlər. Tələbələr, şagirdlər onların həyatlarını şəkilləndirən şəxslərə hörmət etməlidirlər. Ümumtəhsil müəssisələrində və ali məktəblərdə müəllim olmaq əziyyətli işdir. Yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq səbir tələb edir. Müəllimlər şagirdlərinin  sevgilərini doğrultmaq üçün daha səmimi və fədakar olmalıdırlar”.

Əməkdar müəllim Almaz Həsrət isə müəllimlərin əllərini açaraq şirniyyat qəbul etmələri ilə bağlı trendi qəbullanmadığını dilə gətirib.

Müəllim adının hər zaman uca olduğunu vurğulayan ekspert əlavə edib ki, onlar bu günümüzün, gələcəyimizin ən nüfuzlu şəxslərindəndir: “Müəllimlər böyük hörmət, ehtiram sahibidirlər. Müəllimlər xalqımızın gələcəyi, xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edirlər. Lakin müəllimlərin əyləşdiyi masa arxasında əllərini açaraq şokolad almaları və buna sevinmələri heç də yaxşı görüntü deyil. Gəlin müəllim adını, nüfuzumuzu qoruyaq. Bu, trend deyil. Trend o olmalıdır ki, müəllimin yetirmələri illər sonra onlara yaxınlaşıb bir səbət şokolad təqdim etsinlər.  Daha dərs vaxtı belə video çəkilməməlidir. Şagirdə illərlə dərs deyəcək müəllimə bu hərəkət yaraşmır. Daha bir nümunə İkinci Qarabağ qazisi, veteranlarının məktəbə gəlib, sevimli müəllimləri ilə görüşməsi ola bilərdi. Təhsildə trend daha uğurlu meyarları dəyərləndirməkdir. Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfi doktoru olaraq şəxsən mən belə halların sosial mühitdə paylaşılması və təriflənməsini qəbul etmirəm. Müəllim adı həssas addır və nüfuzu qorumaq lazımdır. Bir şokolada sevinən olmamalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri