Müəllimə verilən ən böyük dəyər onun yetişdirdiyi nəsildir
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllim yalnız bilik verən insan deyil. Müəllim gələcək nəsli formalaşdıran, cəmiyyətin mənəvi və intellektual dayaqlarını möhkəmləndirən böyük bir missiyanın daşıyıcısıdır. Azərbaycan tarixində və dövlətçilik ənənələrimizin formalaşmasında maarifçiliyin, təhsilin və müəllim əməyinin xüsusi yeri var. Bu gün əldə etdiyimiz nailiyyətlərin arxasında savadlı, düşünən, vətənini sevən və dövlətinə bağlı nəsillərin yetişdirilməsi dayanır.
Müasir Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də güclü dövlətimizi daha güclü cəmiyyətlə gələcəyə daşımaqdır. Bunun təməli isə məktəbdə, müəllimin verdiyi bilik və tərbiyədə qoyulur. Ömrünü gənc nəslin təhsilinə və tərbiyəsinə həsr edən bütün müəllimlərə təşəkkür edir, onların məsuliyyətli və şərəfli fəaliyyətinə yüksək qiymət verirəm.
Bütün müəllimləri 5 Oktyabr – Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yetişdirdikləri hər bir şagirdin uğurundan qürur duymağı arzulayıram.
Müəllimə verilən ən böyük dəyər onun yetişdirdiyi nəsildir.
Ramin Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Bu mövzuda digər xəbərlər:Təhsil müəssisələrində ŞOKOLADLI TREND: Müəllimə verilən dəyər, yoxsa…
10 Dekabr 2024 18:03
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 10:22
Hamı müəllimə borcludur...
19 İyun 2026 16:01
Müəllimə hədiyyəmiz kitab olsun!
03 Oktyabr 2025 11:14
Arzulara soraq olan müəllimə
12 Dekabr 2024 21:06
Baxış sayı:143
Bu xəbər 05 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















