“Təhsil Nazirliyi ilə DİM arasında münaqişə baş verəndə daha maraqlı olur”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Mən DİM-in imtahanları yüksək keyfiyyətlə keçirməsinə inanıram. Təhsil Nazirliyi ilə DİM-in sıx əməkdaşlığı var, lazım olanda bir-birimizə kömək edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bəzi ekspertlərin müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarının Nazirlikdən alınaraq DİM-ə verilməsi iddiaları ilə bağlı sualı cavablandırarkən bildirib.
“Təhsil ekspertləri bir az bikar qalıblar. Təhsil Nazirliyi ilə DİM arasında münaqişə olanda həyat bir az daha maraqlı olur. DİM ixtisaslaşmış qurumdur, lazım olanda biz onlardan məsləhət alırıq. Bizim logistika imkanlarımız genişdir, ehtiyac olarsa, biz onlara kömək edirik. Hər iki qurum Azərbaycan təhsilinə xidmət edir”.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















