Təhsil sənədləri artıq myGov da Məzunlarına şad xəbər
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı il məzunlarının təhsil haqqında dövlət nümunəli sənədləri artıq myGov platformasında əlçatandır.
AZXEBER.COM xəbər verir ki, məzunlar təhsil müəssisələri tərəfindən imzalanmış elektron sənədləri myGov-un veb versiyasında "Təhsil məlumatlarım” → "Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.
Elektron sənədin üzərindəki QR kodu oxutmaqla və ya Elm və Təhsil Nazirliyinin rəsmi saytında "Sənəd yoxlama” bölməsindən sənədin nömrəsi və doğum tarixini daxil etməklə onun həqiqiliyini yoxlamaq mümkündür.
Bildirilib ki, yaxın günlərdə elektron təhsil sənədlərinin myGov mobil tətbiqində də istifadəyə verilməsi nəzərdə tutulur.
Beləliklə, təhsil sənədlərinə rəqəmsal formatda daha rahat və operativ çıxış mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Avqust 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















