Icma.az
close
up
RU
Təhsil sistemində yeni dövr: ChatGPT məktəblərdə sınaqdan keçiriləcək

Təhsil sistemində yeni dövr: ChatGPT məktəblərdə sınaqdan keçiriləcək

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın “OpenAI” şirkəti ilə imzaladığı razılaşma ölkəni bu təşəbbüsə qoşulan azsaylı dövlətlərin sırasına daxil edir. Qeyd etmək istərdim ki, regionumuzda bu cür razılaşma ilk dəfə əldə olunur və “OpenAI” şirkəti ilə birlikdə bu məhsulun hazırlanması nəzərdə tutulur”.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə məhsul hazırlandıqdan sonra pilot qaydada tətbiq ediləcək və nəticələr müsbət olduğu halda daha geniş auditoriyaya təqdim olunacaq: “Pilot layihə çərçivəsində düşünürük ki, “Rəqəmsal məktəb” layihəsinə ilk qoşulmuş Bakı şəhəri məktəblərində bunu tətbiq edək, nəticələri öyrənək və əldə olunan nəticələrdən asılı olaraq bu texnologiyanın digər məktəblərdə də tətbiqini genişləndirək.

Bildiyiniz kimi, süni intellekt texnologiyası yeni texnologiyadır və onun təhsil sistemində istifadəsi bir sıra ölkələr tərəfindən sınaqdan keçirilir. Bu cür razılaşmanın əldə olunması onu göstərir ki, Azərbaycan təhsil sistemi süni intellekt texnologiyalarının tətbiqinə açıq yanaşır və ümid edirik ki, bunun tətbiqi ilə həm şagirdlər, həm də müəllimlər üçün yeni dəstək mexanizmləri istifadəyə veriləcək”.

V.Xanlarov qeyd edib ki, “OpenAI” şirkəti “ChatGPT” modelinin və əlaqəli həllərin yaradıcısıdır. Şirkətin “Təhsil üçün ChatGPT” təşəbbüsü mövcuddur və bu təşəbbüs artıq bir neçə ölkə ilə həyata keçirilir. Bu ölkələr sırasında Estoniya, Sinqapur, Azərbaycan, İtaliyanın müəyyən təhsil sistemləri və az sayda digər ölkələr də yer alır: “Azərbaycan bu təşəbbüsə qoşulmaqla süni intellektin təhsil sahəsində tətbiqini araşdıran və pilot qaydada həyata keçirməyə hazır olan ilk ölkələrdən biri oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyun 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri