Icma.az
close
up
RU
Forma dəyişir, mahiyyət yox: Təhsil niyə vizuallıqla islahat aparır? Kamran Əsədov

Forma dəyişir, mahiyyət yox: Təhsil niyə vizuallıqla islahat aparır? Kamran Əsədov

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Yeni dərs ili ərəfəsində məktəbli formalarında planlaşdırılan dəyişiklik ictimaiyyətdə birmənalı qarşılanmayıb. Valideynlər yeni formaların qiymətindən, keyfiyyətindən və məcburi tətbiqindən narazılıq edirlər. Onların fikrincə, dəyişikliklər ailə büdcəsinə əlavə yük salır və bu, xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün ciddi problemə çevrilə bilər. Sosial şəbəkələrdə və media platformalarında mövzu ətrafında müzakirələr intensivləşib. Bəs bu dəyişikliklər hansı məqsədlə edilir və onların təhsil mühitinə real təsiri nə olacaq?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbli formalarının dəyişdirilməsi qərarı zahirən texniki və estetik görünə bilər, lakin əslində bu addım təhsilin sosial və iqtisadi reallıqlardan nə qədər uzaq planlaşdırıldığını ortaya qoyur.

K. Əsədovun sözlərinə görə, təhsil sisteminin ən ciddi problemləri – keyfiyyətsiz dərsliklər, müəllim çatışmazlığı, məktəblərin avadanlıq və infrastruktur baxımından geridə qalması – olduğu halda, dövlətin forma məsələsini prioritetə çevirməsi, təhsil siyasətində məqsəd və vasitələrin bir-birinə qarışdığını göstərir. Bu qərarın nə qanuni əsaslandırması, nə sosial ədalət baxımından izahı, nə də pedaqoji təsiri elmi dəlillərlə sübuta yetirilib.

Ekspert vurğulayıb ki, mövcud qanunvericilik çərçivəsində məktəblərdə vahid forma tətbiqi Nazirlər Kabinetinin 2014-cü il tarixli 41 nömrəli qərarı ilə tənzimlənir. Bu qərarda formanın bərabərlik, intizam və səliqəlilik prinsiplərinə xidmət etdiyi qeyd olunsa da, konkret firma, model və ya dizayn üzrə məcburilik nəzərdə tutulmur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 15-ci maddəsində qeyd olunur ki, təhsil alanlar üçün forma və geyim qaydaları müəyyən edilə bilər, lakin bu, təhsilə çıxış hüququna əngəl yarada bilməz. Təəssüf ki, hazırda valideynlərə məktəb rəhbərlikləri tərəfindən “şifahi göstəriş”lə yeni forma almaq məcburiyyəti yüklənir. Bu isə artıq inzibati zorakılıq formasıdır və hüquqi baxımdan mübahisəli addımdır.

K. Əsədov sonda vurğulayıb ki, yeni təklif edilən formaların qiyməti 85–120 manat arasında dəyişir. Əgər bir ailədə iki məktəbli varsa, bu məbləğ artıq 200 manata yaxınlaşır. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk yarısında orta aylıq əməkhaqqı 957 manat olub. Bu məbləğ Bakıda yaşayan, kirayədə qalan, 3 uşaq oxudan bir ailə üçün praktik olaraq yetərli deyil. Belə bir şəraitdə məktəbli formasının məcburi dəyişdirilməsi sosial zərbə effekti yaradır. Aztəminatlı ailələrin çoxluğu, sosial yardım alanların sayı və xüsusilə regionlarda insanların real gəlir səviyyəsi bu qərarın reallıqla əlaqəsiz olduğunu sübut edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin sonuna qədər 52 min ailə ünvanlı sosial yardım alır. Bu ailələrin böyük əksəriyyətində bir və ya bir neçə məktəbli uşaq var. Deməli, yeni forma tələbi bu ailələri ciddi seçim qarşısında qoyur: ya təhsil, ya geyim.

Formaların dəyişdirilməsi əsaslandırılarkən “intizam” və “bərabərlik” arqumentləri səsləndirilir. Amma bu əsaslandırmalar nə yerli pedaqoji təcrübəyə, nə də beynəlxalq tədqiqatlara söykənir. ABŞ, Böyük Britaniya, Finlandiya, Yaponiya kimi ölkələrin təhsil sistemlərində məktəbli formasından istifadə olunsa da, bu məsələ yerli idarəetmənin səlahiyyətindədir və məcburi xarakter daşımır. 2021-ci ildə İngiltərədə aparılan tədqiqatda məktəbli formasının akademik nəticələrə və ya sosial davranışa təsirinin əhəmiyyətsiz olduğu göstərilib. Eyni ilə ABŞ-da Public School Review tərəfindən aparılmış araşdırma da sübut edib ki, forma geyinmək şagirdin akademik performansına birbaşa təsir göstərmir. Tədqiqatlar onu da göstərir ki, formalar sadəcə vizual bərabərlik yaradır, lakin real sosial-iqtisadi fərqləri gizlədə bilmir. Yəni uşağın brend ayaqqabısı, çantası və ya telefon modeli onun “bərabərliyini” dərhal pozur.

Azərbaycanda isə bu tip dəyişikliklər heç bir pedaqoji, psixoloji, yaxud sosial-ictimai tədqiqatlara əsaslanmadan həyata keçirilir. Elm və Təhsil Nazirliyi bu məsələdə tamamilə passiv davranır. Nə bu sahədə ictimai rəy öyrənilib, nə pilot məktəblərdə sınaq tətbiqi aparılıb, nə də qiymət artımının ailə büdcəsinə təsiri ilə bağlı hesabat hazırlanıb. Nazirlik forma məsələsində marifləndirmə işi görmür, ictimai müzakirə açmır, yerli icra strukturlarının “qeyri-rəsmi göstərişlərini” görməzlikdən gəlir. Bu, idarəetmədə şəffaflığın, hesabatlılığın və sosial həssaslığın yoxluğu deməkdir.

Bundan əlavə, forma tələbi məktəbəqədər təhsildən başlayaraq təhsilin bütün pillələrində geyim azadlığını sıradan çıxarır. Halbuki keyfiyyətli təhsil sistemi şagirdin düşüncə azadlığı, ifadə azadlığı, fərdi inkişafına şərait yaratmalıdır. Məktəblərdə geyimlə bağlı sərt tələblər isə yaradıcılığı boğur, şagirdi itaətkar bir mexanizmə çevirir. Bu, təhsilin formalaşdırıcı deyil, tabe etdirici məqsəd güdməsi deməkdir.

Əgər bu proses olduğu kimi davam edərsə, yaxın gələcəkdə məktəbli formaları biznes maraqlarının obyektinə çevriləcək. Artıq bəzi şirkətlər öz məhsullarını rəsmi forma kimi təqdim edir, məktəblərə daxil olmaq üçün xüsusi “kanallar” formalaşdırılır. Bu, təhsil sisteminin kommersiyalaşması, daha da bərabərsiz və korrupsiyaya açıq hala gəlməsi riskini artırır.

Reallıq budur ki, yeni dərs ili ərəfəsində forma məsələsinin gündəmə gətirilməsi ictimaiyyətin diqqətini əsas problemlərdən yayındırmaq məqsədi daşıyır. Əslində isə məktəblərdə siniflərdə şagird sıxlığı, laboratoriyaların olmaması, dərs vəsaitlərinin yetərsizliyi, müəllim hazırlığının zəifliyi kimi sistemli problemlər hələ də aktuallığını qoruyur. Belə bir durumda forma dəyişdirmək qərarı sanki yanğın yerində divar kağızı dəyişdirməyə bənzəyir.

Əgər təhsil siyasətində həqiqi islahat niyyəti varsa, dəyişikliklər forma ilə deyil, məzmunla başlamalıdır. Təhsildə ədalət bərabər qiymətləndirmə, hər bir uşağın potensialının aşkara çıxarılması, sosial-iqtisadi bərabərsizliklərin azaldılması ilə əldə edilir, forma geyindirməklə yox. Bu gün forma dəyişdirilir, sabah rəng dəyişəcək, amma təhsilin mahiyyətini dəyişmək üçün hələ heç bir ciddi təşəbbüs yoxdur. Elm və Təhsil Nazirliyinin isə bu məsələdə nə planı var, nə proqnozu, nə də məsuliyyəti. Bu isə ölkənin gələcəyinə edilən ən təhlükəli biganəlikdir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri