Icma.az
close
up
RU
Təhsil və dəyərlər naminə Azərbaycan Kuzey Kıbrıs əməkdaşlığında yeni səhifə

Təhsil və dəyərlər naminə Azərbaycan Kuzey Kıbrıs əməkdaşlığında yeni səhifə

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

25 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi baş tutdu. Tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil Naziri cənab Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru cənab Hasan Kılıç, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən, Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ sədr müavini Mirzə Cəfərzadə, Marsol Qrup rəhbəri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan‑ Kuzey Kıbrıs Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də, xaricdə təhsil şirkətinin əməkdaşları, rəhbərləri və digər rəsmi şəxslər iştirak etdilər.

Bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.

Təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.
Qonaqlar ofislə tanış olduqdan sonra rəmzi qırmızı lent kəsildi və bununla da, tədbirin rəsmi açılışına start verildi. Açılışı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq etdi. O, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında təhsil sahəsində formalaşan bu körpünün gələcəkdə daha geniş əməkdaşlıqlara zəmin yaradacağına inandığını bildirdi.

Daha sonra çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil Naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində ortaq mədəniyyət və dəyərlərin dayandığını vurğuladı. O, Bakı tanıtım ofisinin yaradılmasının gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik potensialı, geniş infrastrukturu və təcrübəli professor-müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş imkanlar təqdim edəcəyini vurğuladı. O, universitetin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələrə yeni üfüqlər açacağını qeyd etdi.

Millət vəkili Cavanşir Feyziyev isə çıxışında ölkələrarası təhsil əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiklərini bildirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında təhsilin inkişafı baxımından belə təşəbbüslərin vacibliyini qeyd edərək Kuzey Kıbrısla qurulan əməkdaşlığın təqdirəlayiq olduğunu vurğuladı.

Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən də tədbirdə çıxış edərək şirkətlərarası əməkdaşlığın gücləndirilməsinin və təhsil layihələrinə dəstəyin əhəmiyyətini önə çəkdi. O, bu istiqamətdə qurulan hər bir tərəfdaşlığın gələcək üçün mühüm əsas olduğunu ifadə etdi.

Tədbirdə, eyni zamanda, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən və Milli Məclisin deputatı Vüqar İsgəndərov da çıxış edərək öz dəyərli fikirlərini bölüşdülər. Qonaqlar Azərbaycan və Kuzey Kıbrıs arasında formalaşan təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gələcək əməkdaşlıqların davamlı olacağına inandıqlarını bildirdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri