Icma.az
close
up
RU
“Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə aparılıb AZƏRTAC

“Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə aparılıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu vurğulayıb. O, Fondun tərəfdaşları sırasında “NEQSOL Holding”, STP Şirkətlər Qrupu, SOCAR, bp kimi böyük enerji şirkətlərinin olduğunu və onların hər birinin yaşıllaşdırma, təhsil vasitəsilə maarifləndirmənin artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması sahəsində mühüm addımlar atdığını diqqətə çatdırıb. Xüsusilə təhsil sahəsində dövlət və özəl sektor əməkdaşlığının önəmini vurğulayan Elnur Nəsibov maraqlı tərəfləri bu sahədə birgə tərəfdaşlığa dəvət edib.

“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin aradan qaldırılmasında təhsilin vacib rolu olduğunu vurğulayıb. O qeyd edib ki, “NEQSOL Holding” hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. Bu şirkətlər qrupu Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə təqaüdlərin verilməsində iştirak edib. Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı da uğurlu nümunələrdən biridir. İmran Əhmədzadə təhsillə bağlı məsələlərin həllinin təkcə dövlətin üzərinə düşməli olduğunu deyil, özəl qurumların da bu istiqamət üzrə təşəbbüskar olmalarını və dövlətlə sıx əməkdaşlıq etmələrini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən kənarda gücsüz hiss etdiklərini qeyd edib. Bu təsirlərin aradan qaldırılması üçün hazırda yeni imkanlar axtarıldığını vurğulayan Anil Soni əlavə edib ki, hamı iqlim dəyişikliyinin kəskin təsirinin olmaması üçün çalışmalı, bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdırlar. Anil Soni bütün bu məsələlərin bir fərd və ya bir qrup tərəfindən təkbaşına həll edilə bilməyəcəyini və insanları potensiallarının imkanlarından daha geniş istifadə edərək, bu çağırışlara cavab verməyə səsləyib.

“NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərli tədqiqatlara əsasən, yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici güc olduğunu bildirib. O, qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslərin davamlı təsirlər yaratdığını, o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin rifahının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Tədbirdə daha sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri