Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Təhsildə İKT dən məqsədyönlü istifadəyə dair təlimlərə start verildi

Təhsildə İKT dən məqsədyönlü istifadəyə dair təlimlərə start verildi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün sentyabrın 5-də Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” adlı layihə çərçivəsində nəzərdə tutulan təlimlərə Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində başlanılıb.

Layihənin əsas məqsədi müəllim və şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli, məqsədyönlü, təhlükəsiz və etik istifadə bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal düşüncənin formalaşdırılması və müasir rəqəmsal alətlərin tədris prosesinə düzgün inteqrasiyasına dəstək olmaqdır.

Təlimlər bu sahədə yüksək peşəkarlığa malik mütəxəssis Nüşabə Mehdiyeva tərəfindən aparılır.

İlk təlim iştirakçıların “Niyə buradayıq?” sualı ətrafında fikir mübadiləsi ilə başlayıb. Təlim zamanı İKT-dən dərs prosesində məqsədli və düzgün istifadə, şagirdlərin mövzuları daha asan mənimsəməsi üçün uyğun rəqəmsal alətlərin seçilməsi, həmçinin süni intellektin imkanları, üstünlükləri, faydaları və potensial riskləri geniş müzakirə olunub.

Təlimin interaktiv hissəsində iştirakçılara müxtəlif situasiya tapşırıqları təqdim olunub və onlar dörd qrupa bölünüblər.

I qrup – Şagird:

Qrup üzvləri şagirdin ev tapşırığını tamamilə süni intellektə hazırlatması və həmin işi öz şəxsi fəaliyyəti kimi müəllimə təqdim etməsi ilə bağlı situasiyanı müzakirə ediblər. İştirakçılar bu halda Sİ-dən istifadənin faydalarını və risklərini müəyyənləşdirərək məsələnin etik tərəflərini əsaslandırıblar.

II qrup – Müəllim:

Müəllimin dərs planını hazırlamaq üçün süni intellektdən istifadə etməsi, lakin əldə olunan məlumatları yoxlamadan dərs prosesində tətbiq etməsi ilə bağlı vəziyyət təhlil olunub. Qrup üzvləri Sİ-nin müəllim üçün yaratdığı imkanlarla yanaşı, yanlış və yoxlanılmamış məlumatların yaratdığı riskləri müzakirə edib, müəllimin atmalı olduğu addımları müəyyənləşdiriblər.

III qrup – Məxfilik:

Şagirdin süni intellekt platformasına adını, qiymətlərini və digər şəxsi məlumatlarını daxil etməsi nəticəsində yarana biləcək təhlükəsizlik problemləri araşdırılıb. İştirakçılar şəxsi məlumatların qorunması üçün əsas təhlükəsizlik qaydalarını müəyyən ediblər.

IV qrup – İnklüzivlik:

Görmə çətinliyi olan şagirdin süni intellektin səsli köməkçisi vasitəsilə tapşırığı yerinə yetirməsi nümunəsi üzərində müzakirələr aparılıb. Qrup iştirakçıları Sİ-nin inklüziv təhsilə verdiyi töhfələri, öyrənmə prosesini əlçatan etmə imkanlarını və diqqət yetirilməli məhdudiyyətləri təhlil ediblər.

Təlim zamanı iştirakçılar müasir təhsil prosesində mühüm əhəmiyyət daşıyan “Rəqəmsal düşüncə nədir?” sualına da cavab axtarıblar.

Qeyd olunub ki, rəqəmsal düşüncə texnologiyadan sadəcə istifadə etmək deyil. Bu, texnologiyanın imkanlarını düzgün dəyərləndirmək, onun vasitəsilə dərsi daha maraqlı, dinamik və anlaşıqlı təşkil etməyi bacarmaqdır.

Rəqəmsal düşüncə müəllimlərə:

• problemləri daha sürətli və səmərəli həll etməyə;

• şagirdlərin diqqətini dərsə daha asan cəlb etməyə;

• tədris prosesini ənənəvi çərçivədən çıxararaq daha interaktiv və dinamik qurmağa;

• dərsin məqsədinə uyğun rəqəmsal vasitələri düzgün seçməyə imkan yaradır.

Təlimin praktik mərhələsində iştirakçılara “Bir dərs – bir rəqəmsal həll” adlı tapşırıq təqdim olunub.

Tapşırığa əsasən iştirakçılar öz fənlərindən konkret bir mövzu seçərək həmin mövzu üçün ən uyğun rəqəmsal aləti müəyyənləşdiriblər. Daha sonra seçilmiş alətin şagirdlərin mövzunu daha yaxşı anlamasına necə kömək edəcəyi, onların maraq və ehtiyaclarını necə qarşılayacağı barədə fikir mübadiləsi aparılıb.

Qrup müzakirələrinin nəticəsində “Bir dərs – bir rəqəmsal həll” mini-planı hazırlanıb. Mini-planda aşağıdakı əsas istiqamətlər öz əksini tapıb:

• dərsin məqsədi və mövzusu;

• seçilmiş rəqəmsal alət;

• alətin tətbiqi qaydası və istifadə mexanizmi;

• rəqəmsal alətin şagirdlərin mövzunu mənimsəməsinə verəcəyi töhfə.

Təlimin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək məqsədilə aşağıdakı suallar ətrafında düşünərək fikirlərini bölüşüblər:

“Bu gün seçdiyim rəqəmsal alət dərsimin məqsədinə həqiqətən xidmət edirmi?” və “Rəqəmsal düşüncə dərslərimi necə asanlaşdıracaq?”

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlərin əsas hədəfi təhsil iştirakçılarında müasir rəqəmsal kompetensiyaların inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından və süni intellekt imkanlarından məsuliyyətli, təhlükəsiz və səmərəli istifadə mədəniyyətinin formalaşdırılmasıdır.

Layihə çərçivəsində növbəti təlimlərin də keçirilməsi və iştirakçıların nəzəri biliklərinin praktik fəaliyyətlə daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri