Icma.az
close
up
RU
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb

Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlərə başlanılıb.

Binəqədi və Nəsimi rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə keçirilən görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilufər Rəhimova, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova iştirak ediblər.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.

MÜTDA-nın Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilufər Rəhimova Keyfiyyət Fəaliyyət Planının əsas məqsədləri barədə danışıb, məktəb rəhbərləri ilə qarşılıqlı fikir mübadiləsi aparmaq və təhsilin keyfiyyətinin artırılması istiqamətində vahid yanaşmalar formalaşdırmaq baxımından görüşün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Paytaxt üzrə ötən tədris ilinin nəticələri və yeni dərs ilinin hədəflərinə dair təqdimatla çıxış edən N.Rəhimova bildirib ki, məktəblərdə təhsilin keyfiyyətinin davamlı inkişafını təmin edən sistemli və nəticəyönümlü fəaliyyət mühitinin formalaşdırılması şagirdlərin hərtərəfli inkişafına, onların potensialının üzə çıxarılmasına və təhsil prosesinin daha səmərəli təşkilinə imkan yaradır.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova məktəblərdə həyata keçirilən fəaliyyətin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlil edilməsinin vacibliyindən danışıb. Keyfiyyət Fəaliyyət Planının icra mexanizmləri ilə bağlı təqdimatla çıxış edən sektor müdiri qeyd edib ki, əldə olunan nəticələrin obyektiv qiymətləndirilməsi məktəblərin inkişaf istiqamətlərini düzgün müəyyənləşdirməyə və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün daha səmərəli tədbirlər planlaşdırmağa imkan verir.

Görüş zamanı Keyfiyyət Fəaliyyət Planının icrasına dair təhsil müəssisələrinin qarşısında duran öhdəlikər, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, məktəbdaxili proseslərin səmərəli təşkili və nəticələrin davamlı izlənilməsi ilə bağlı məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd Keyfiyyət Fəaliyyət Planında müəyyənləşdirilmiş istiqamətlər, qarşıya qoyulan hədəflər və gözlənilən nəticələr barədə məktəb rəhbərlərinə ətraflı məlumat vermək, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etməkdir.

Görüşlər paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri